• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02128
  • ₺ 0.0397
  • £ 2.2735

Cavid Hüseynova görə Azərbaycana sual: «Niyə həbsini tam yatmadı?»

Cavid Hüseynova görə Azərbaycana sual: «Niyə həbsini tam yatmadı?»
08.10.2017 12:06
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçiriləcək Almaniya – Azərbaycan matçından öncə maraqlı anlar yaşanıb.
 
Yenicag.az-a istinadən xəbər verir ki, oyunöncəsi mətbuat konfransına qatılan Almaniya Futbol Federasiyasının prezidenti Reynhard Qrindel ANN.Az xəbər portalının redaktoru, məşhur jurnalist  Rasim Əliyevin ölümünə görə həbs olunan, daha sonra azadlığa çıxan millimizin üzvü Cavid Hüseynov haqqında da açıqlama verib.

"Bir müddət əvvəl azərbaycanlı jurnalist Rasim Əliyev öldürüldü. Azərbaycan yığmasının futbolçusu Cavid Hüseynov həbsdən tez çıxdı. Bunun səbəbini bilmirik. Rəhmətə gedən jurnalistin ailəsinə başsağlığı veririk. Buna görə çox üzgünük. Azərbaycan hökumətindən tələb etdik ki, Cavidin tez sərbəst buraxılmasının səbəbini izah etsin. Biz o futbolçunun belə hərəkət etdiyini bilmirdik. Bakıda bizə qarşı oynayandan sonra bu məsələ aydın oldu. Ona kimi hamı yazırdı ki, niyə Cavid oynayır? İnsanlara maraqlıydı ki, belə bir əməldə əli olmuş oyunçu niyə bu qədər tez azadlığa çıxa bilər? Kimin imkanı varsa, hər şey edə bilir. Biz qarşı tərəfdən açıqlama istəyirik. Almaniyada belə bir hal olanda, həmin oyunçunu futboldan birdəfəlik silirlər. Almaniyada bütün mətbuat mənə məktub yazdı. Mən Cavidin təqsirli olduğunu demirəm. Bunu deməyə haqqım da yoxdu. Ona 4 il həbs cəzası verilmişdi. Lakin heç nə olmadan həbs müddətini qısaldıldı. Niyə belə bəraət aldı? Niyə həbsini tam yatmadı? Bizə bunun cavabı lazımdı”, - deyə o, qeyd edib.

Qeyd edək ki, Qrindelin bu açıqlaması ilə bağlı AFFA-nın baş katibi Elxan Məmmədov da açıqlama verib. Qurum rəsmisi futbolun siyasətdən uzaq olduğunu xatırladaq, bu məsələnin Azərbaycanın daxili işinin olduğunu vurğulayıb, "buna heç kimin qarışmağa haqqı yoxdur” deyib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu yollar “Formula 1”ə görə bağlanır
İdman 14:29
Bu yollar “Formula 1”ə görə bağlanır
Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib - FOTOLAR
İdman 00:30
Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib - FOTOLAR
Azərbaycanlı idmançı Rusiyada həbs olunub
İdman 16:07
Azərbaycanlı idmançı Rusiyada həbs olunub
Azad edilmiş ərazilərdə yeni idman kompleksləri tikiləcək- PREZİDENT
İdman 14:16
Azad edilmiş ərazilərdə yeni idman kompleksləri tikiləcək- PREZİDENT
Bölgələrdə açıq havada idman meydançaları salınacaq - Prezident
İdman 13:45
Bölgələrdə açıq havada idman meydançaları salınacaq - Prezident
Argentina yarımfinala çıxdı  - YENILƏNİR
İdman 02:01
Argentina yarımfinala çıxdı - YENILƏNİR
Xorvatiya yarımfinala çıxıb - YENİLƏNİB+FOTOLAR
İdman 21:43
Xorvatiya yarımfinala çıxıb - YENİLƏNİB+FOTOLAR
Futbol üzrə Azərbaycan millisi Slovakiya yığması ilə qarşılaşıb
İdman 13:00
Futbol üzrə Azərbaycan millisi Slovakiya yığması ilə qarşılaşıb
İdman 06:55
"Qarabağ" "Viktoriya"ya 2-1 uduzdu və Çempionlar Liqasından çıxdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol