• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02128
  • ₺ 0.0397
  • £ 2.2735

Soçi sammitində 18 sənəd imzalanıb

Soçi sammitində 18 sənəd imzalanıb
11.10.2017 16:49
Rusiyanın Soçi şəhərində MDB ölkələrinin dövlət başçılarının sammiti keçirilib. 
 
APA-nın Soçiyə ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, sammitdə ilk olaraq dövlət başçıları məhdud tərkibdə görüş keçiriblər.
 
Sonra isə görüş nümayəndə heyətlərinin iştirakı ilə davam etdirilib.
 
Geniş tərkibdə görüşdə 2018-ci ildən MDB-yə sədrlik edəcək Tacikistan prezidenti İmaməli Rahmon çıxış edib. O, təşkilatın fəaliyyətinin gücləndirilməsi ilə bağlı ölkəsinin və hökumətinin görəcəyi işlərdən danışıb. 
 
Sonra MDB-yə gələn ildən həmsədrlik edəcək Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov çıxış edib. 
 
Sammitdə çıxış edən Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko MDB Parlamentlərarası Assambleyasının fəaliyyətindən, Rusiyanın quruma sədrlik etdiyi müddətdə görülən işlərdən danışıb. 
 
Sonda MDB liderləri sammitin yekunu olaraq müzakirə olunan məsələlərlə bağlı 18 sənəd imzalayıblar. Bu sənədlərə "MDB-nin sədrliyi haqqında" qərar, "MDB dövlət başçılarının növbəti sammitinin keçirilməsi haqqında protokol qərarı", "MDB-nin İcraiyyə Komitəsinin sədri haqqında" qərar,  "Korrupsiyaya qarşı mübarizədə əməkdaşlıq Konsepsiyası”, "Terrorçuluqla mübarizə və ekstremizmin digər təzahürləri, eləcə də onların maliyyələşdirilməsi sahəsində informasiya mübadiləsi haqqında Saziş" 2019-cu ilin MDB-də "Kitab İli", 2020-ci ilin 1941-45-ci il Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi ili" elan olunması haqqında" və digər qərarlar daxildir. 
 
Qeyd edək ki, MDB ölkə liderlərinin sammitində Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ceyhun Bayramov Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibini qəbul edib
Siyasət 21:40
Ceyhun Bayramov Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibini qəbul edib
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Siyasət 21:32
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Azərbaycan və Türkiyə yeni 110-bəndlik fəaliyyət planını təsdiqləyəcək – Baş nazir
Siyasət 16:39
Azərbaycan və Türkiyə yeni 110-bəndlik fəaliyyət planını təsdiqləyəcək – Baş nazir
İki kollecə yeni təyinat olub
Siyasət 15:30
İki kollecə yeni təyinat olub
2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan olundu- Sərəncam
Siyasət 13:16
2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan olundu- Sərəncam
Cevdet Yılmaz Azərbaycana gəlib
Siyasət 12:43
Cevdet Yılmaz Azərbaycana gəlib
ABŞ onlarla ölkədən səfirlərini geri çağırır, siyahıda Ermənistan da var
Siyasət 09:24
ABŞ onlarla ölkədən səfirlərini geri çağırır, siyahıda Ermənistan da var
İlham Əliyev MDB-nin Sankt-Peterburqdakı qeyri-rəsmi sammitində iştirak etməyəcək
Siyasət 09:19
İlham Əliyev MDB-nin Sankt-Peterburqdakı qeyri-rəsmi sammitində iştirak etməyəcək
Paşinyan İlham Əliyevə təşəkkür edib
Siyasət 21:30
Paşinyan İlham Əliyevə təşəkkür edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol