• $ 1.7
  • € 2.0017
  • ₽ 0.020433
  • ₺ 0.0411
  • £ 2.3026

Tikinti materiallarının qiyməti dəyişməyib - ARAŞDIRMA

Tikinti materiallarının qiyməti dəyişməyib - ARAŞDIRMA
13.10.2017 13:12
Sentyabr ayında Azərbaycanda tikinti materiallarının pərakəndə satış qiymətlərində əhəmiyyətli dəyişiklik müşahidə olunmayıb.

Trend-in məlumatına görə, consmat.org internet səhifəsi tikinti materialları bazarında apardığı araşdırmaya əsaslanaraq belə qənaətə gəlib.

Pərakəndə satış məntəqələri nisbi stabilliyi bir sıra amillərin təsiri ilə əlaqəndirir: "Milli valyutanın dollara qarşı məzənnəsində stabillik müşahidə olunduğuna görə idxal edilən tikinti materiallarının qiyməti dəyişməyib. Eyni zamanda tikinti işlərində, xüsusilə mülki tikintidə durğunluq müşahidə olunur. Buna görə tikinti materiallarına olan tələb aşağı səviyyədədir. Yaxın aylarda da tikinti materialları bazarında qiymətlər tikinti işlərinin dinamikasından asılı olacaq”.

Xatırladaq ki, avqust ayında tikinti materiallarının pərakəndə satış qiymətlərində 3,9% artım müşahidə olunub. Ay ərzində əsas tikinti materialları hesab edilən qum, çınqıl və otsevlə yanaşı, dam örtüklərinin, izolyasiya materiallarının və dəmir şəbəkənin qiymətlərində artım qeydə alınmışdı.

Qum, çınqıl və otsevin qiymətinin artımını satıcılar topdansatış məntəqələrində (karxanalarda) qiymət artımı ilə izah edib.

İzolyasiya materiallarının avqustda bahalaşmasını isə satıcılar mövsümi amillərin təsiri ilə əlaqələndirir: "Yağışlar başlamadan öncə insanlar izolyasiya işlərini başa çatdırmağa çalışır, bu da tələbi artırır. Tələbdə artım qiymətlərə təsir edir”.

Qeyd edək ki, Azərbaycanda həm yerli istehsal olan, həm də Türkiyə və Rusiya istehsalı olan izolyasiya məhsulları istifadə olunur.

Dəmir şəbəkənin istehsalında istifadə olunan məftil üçün xammal Ukraynadan idxal olunur. Beləliklə, dəmir şəbəkənin bahalaşması Ukraynadan idxal edilən xammalın qiymət artımı ilə izah edilib.

Avqust ayı ərzində nisbi ucuzlaşma katinka, metlax və kafelin qiymətlərində müşahidə olunub.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“INMerge” İnnovasiya Sammiti Qırmızı Ürəklər Fondunu sosial tərəfdaş elan etdi
İqtisadiyyat 14:59
“INMerge” İnnovasiya Sammiti Qırmızı Ürəklər Fondunu sosial tərəfdaş elan etdi
Yaşıl enerjiregional enerji əlaqələrinin genişlənməsində mühüm rol oynayacaq
Siyasət 13:35
Yaşıl enerjiregional enerji əlaqələrinin genişlənməsində mühüm rol oynayacaq
Çin inklüziv qloballaşmaya və inkişafa sadiqdir - Səfir
İqtisadiyyat 12:37
Çin inklüziv qloballaşmaya və inkişafa sadiqdir - Səfir
Nazir Orta Dəhliz tranzit yolunun nəticələrindən danışıb
İqtisadiyyat 12:34
Nazir Orta Dəhliz tranzit yolunun nəticələrindən danışıb
Beynəlxalq İnvestisiya Forumunda bir sıra sənədlər imzalanıb
İqtisadiyyat 12:14
Beynəlxalq İnvestisiya Forumunda bir sıra sənədlər imzalanıb
Azərbaycana kərə yağı idxalı azalıb
İqtisadiyyat 11:23
Azərbaycana kərə yağı idxalı azalıb
Qızılın qiyməti bahalaşıb
İqtisadiyyat 11:07
Qızılın qiyməti bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:39
Bu günə olan məzənnə açıqlanıb
Özəl sektorun iqtisadiyyatda payı 81,4%-ə çatıb - Prezident
İqtisadiyyat 09:35
Özəl sektorun iqtisadiyyatda payı 81,4%-ə çatıb - Prezident
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol