• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02128
  • ₺ 0.0397
  • £ 2.2735

Bakıda Beynəlxalq İnşaat Həftəsinə start verildi

Bakıda Beynəlxalq İnşaat Həftəsinə start verildi
18.10.2017 12:32
Bu gün Bakı Ekspo Mərkəzində Xəzəryanı regionun tikinti sektoruna həsr olunmuş irimiqyaslı tədbir – XXIII Azərbaycan Beynəlxalq İnşaat "WorldBuild Baku 2017” sərgisi öz işinə başlayıb.

Anews.az-ın xəbərinə görə, sərgi 18-21 oktyabr tarixlərində keçiriləcək.

Müxtəlif ölkələri təmsil edən mütəxəssislərin uzun müddət səbirsizliklə gözlədikləri "WorldBuild Baku” sərgisi tikinti və memarlıq, eləcə də, layihələndirmə və təmir işləri sahəsində təşkil olunan mühüm peşəkar tədbirdir.

"WorldBuild Baku” sərgisi İqtisadiyyat Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi, Azərbaycan Memarlar İttifaqı, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK)  tərəfindən dəstəklənir. Sərginin təşkilatçıları qismində "Iteca Caspian” və onun tərəfdaşı Böyük Britaniyanın "ITE Group” şirkəti çıxış edir.

Bu il sərgidə dünyanın 23 ölkəsindən 200-dən artıq şirkət iştirak edir. Almaniya, BƏƏ və İran sərgidə öz milli pavilyonları ilə təmsil olunacaqlar. Bu ilin debütantı isə milli stendi ilə çıxış edən Polşadır. "WorldBuild Baku 2017” sərgisində ilk dəfə iştirak edən debütantlar ilə yanaşı, yerli şirkətlər də "Made in Azerbaijan” brendi altında istehsal olunan məhsullarını nümayiş etdirəcəklər. "WorldBuild Baku 2017” sərgisinin qeydiyyat sponsoru "Corella” markasıdır ("NB Group” şirkəti).

Bu il "WorldBuild Baku” sərgisi iştirakçılar ilə yerli distribyutorlar arasında keçiriləcək "B2B” formatlı görüşləri ehtiva edən geniş işgüzar proqramı ilə fərqlənəcək. Həmçinin sərgi çərçivəsində (Azərbaycan Memarlar İttifaqı ilə birlikdə) bir sıra peşəkar tədbirlərin keçirilməsi də planlaşdırılır.

"WorldBuild Baku” sərgisi innovasiyalı məhsul və xidmətlərin yerli tikinti bazarına cəlb olunması üçün ən effektiv və səmərəli kanallardan biridir. Bu baxımdan, 2017-ci il də istisna olmayacaq, belə ki, "WorldBuild Baku 2017” sərgisində fasad örtükləri, tikinti və üzlük materialları, qapı və pəncərələr, lak-boya məhsulları, inşaat kimyası və digər tikinti materiallarının bütün çeşidləri təqdim olunacaq.

Beləliklə, sərginin keçirildiyi 4 gün ərzində on minlərlə peşəkar tikinti sənayesi üzrə innovasiyalar ilə tanış olmaqla yanaşı, aparıcı istehsalçı və distribüterlərlə əlaqə yaratmaq və ən yeni texnologiyaları Azərbaycanın sürətlə inkişaf edən tikinti sənayesinə tətbiq etmək üçün unikal imkan əldə edəcəklər.

X Yubiley Beynəlxalq İstilik, Havalandırma və Kondisiyalaşdırma sistemləri, Su Təchizatı, Sanitariya, Ətraf mühitin Mühafizəsi Texnologiyaları, Üzgüçülük Hovuzu və Bərpa Olunan Enerji "Aquatherm Baku 2017” sərgisində isə Azərbaycan, Çin, Fransa, İran, İtaliya, Küveyt, Türkiyə və digər ölkələrdən şirkətləri iştirak edirlər. "Aquatherm Baku 2017” sərgisində ventilyasiya və kanalizasiya sistemləri, hidrantlar, boru armaturları, istilik sistemləri, borular, fitinqlər, radiatorlar, suqızdırıcı qazanlar, nasoslar, nasos stansiyaları, su qızdırıcıları və bir çox digər məhsul təqdim olunur.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əsədov: Azərbaycan–Türkiyə ticarət dövriyyəsi 2025-ci ilin 11 ayında 7.5% azalıb
İqtisadiyyat 16:47
Əsədov: Azərbaycan–Türkiyə ticarət dövriyyəsi 2025-ci ilin 11 ayında 7.5% azalıb
"Azərbaycan Dəmir Yolları" 30 milyon dollarlıq istiqraz buraxır
İqtisadiyyat 16:11
"Azərbaycan Dəmir Yolları" 30 milyon dollarlıq istiqraz buraxır
Azərbaycan ərzaqlıq buğdaya olan tələbatını 20% ödəyir
İqtisadiyyat 15:48
Azərbaycan ərzaqlıq buğdaya olan tələbatını 20% ödəyir
Azərbaycan benzini Ermənistanda bazar qiymətindən xeyli ucuz satılacaq
İqtisadiyyat 15:33
Azərbaycan benzini Ermənistanda bazar qiymətindən xeyli ucuz satılacaq
ABŞ səhmlərinə komissiyasız investisiya üçün SON 3 GÜN
İqtisadiyyat 13:05
ABŞ səhmlərinə komissiyasız investisiya üçün SON 3 GÜN
Azərbaycan-ABŞ iqtisadi əməkdaşlığının perspektivləri müzakirə edilib
İqtisadiyyat 12:10
Azərbaycan-ABŞ iqtisadi əməkdaşlığının perspektivləri müzakirə edilib

Bank Respublika Yeni il ərəfəsində uşaqların Şaxta babaya ünvanladıqları arzuları gerçəkləşdirdi
İqtisadiyyat 09:51
Bank Respublika Yeni il ərəfəsində uşaqların Şaxta babaya ünvanladıqları arzuları gerçəkləşdirdi
TAP üzrə Avropaya qaz sifarişləri dekabrın son həftəsində cüzi azalıb
İqtisadiyyat 09:45
TAP üzrə Avropaya qaz sifarişləri dekabrın son həftəsində cüzi azalıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:28
Avro bahalaşıb, rubl ucuzlaşıb - Məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol