• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02128
  • ₺ 0.0397
  • £ 2.2735

PKK-nın Laçındakı, Kəlbəcərdəki düşərgələri

PKK-nın Laçındakı, Kəlbəcərdəki düşərgələri
22.10.2017 18:07
Türkiyədə fəaliyyət göstərən Əsassız Erməni İddialarına qarşı Beynəlxalq Mübarizə Dərnəyinin (ASİMDER) başqanı Göksel Gülbey PKK-nın Ermənistan və işğal altındakı Azərbaycan ərazilərindəki fəaliyyətinə dair növbəti açıqlamalar verib.

Virtualaz.org xəbər verir ki, Gülbey PKK-nın Ermənistan və Gürcüstanla yanaşı Qazaxıstanda da müəyyən çevrələr tərəfindən dəstəkləndiyini deyir.
 
 


"Terror təşkilatı PKK Avropadan, İrandan, Suriyadan, İraqın şimalından gələn miltanların keçiş nöqtəsi olaraq Ermənistandan sonra Gürcüstanı da istifadə etməyə başladı. Ermənistandakı düşərgələrini yenidən fəaliyyətə keçirən təşkilat Türkiyə və Avropadan gətirdiyi gənclərin Qazaxıstanın Albay Ata Dövlət Universitetinin xarici dillər fakütləsində təhsil almasını təmin edir. Təşkilat üçün Ermənistan böyük əhəmiyyət daşıyır. PKK-nın Gümrü, Spitak, İrəvan, Laçın və Kəlbəcərdə düşərgələri var. Ermənistanda PKK-ya ən böyük dəstəyi Daşnaksütun partiyası verir”-Gülbey bildirir.


Göksel Gülbey

ASİMDER başqanı deyir ki, Gürcüstanda fəaliyyət göstərən Kürdlərin Haqları və Dini Dərnəyi, Kürd Gənclər Dərnəyi, Kürd Kültür Dərnəyi, Yezidi Kürd Qadınlar Dərnəyi PKK-nın nəzarətindədir. Təşkilatın Gürcüstanda fəaliyyətini uzun müddət Beynəlxalq Kürd Mədəniyyət və İnformasiya Bürosunun rəhbəri olmuş Abdurrahman Patiyev həyata keçirir.

"Qazaxıstan prezidenti Nursultan Nazarbayevin müşavirli olan professor Nadir Nadirov da PKK-nın fəaliyyətinə dəstək verir. PKK-nın Qazaxıstandakı fəaliyyəti Moskvadan kurasiya edilir. Qazaxıstandakı Kürd Mədəniyyət Dərnəyi PKK-ya bağldır. Nadir Nadirov Kürd Beynəlxalq Konqresi üzvlərinə dəstək verir”-ASİMDER başqanı deyir.


Nadir Nadirov

Gülbeyin iddiasına görə PKK-nın Qazaxıstandakı lideri əslən Gürcüstandan olan azərbaycanlı, özünü kürd kimi təqdim edən, Abay Universitetinin xarici dillər fakültəsinin dekanı professor Knyaz İbrahimovdur. Bu şəxs 1994-cü ildə Moskvada təşkil edilən kürd konfransının təşkilatçılarından biridir. "İsveçdə Türkiyə əleyhinə fəaliyyətlərinə görə deportasiya edilən gəncləri Qazaxıstana aparır. Onları müxtəlif universitetlərə qəbul etdirir, bu gənclərdən fəal militanlar yetişdirir”-Gülbey iddia edir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
DTX-nin hərbi qulluqçularının  maaşları 10% qaldırılıb
Siyasət 17:32
DTX-nin hərbi qulluqçularının maaşları 10% qaldırılıb
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Siyasət 14:52
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Siyasət 16:01
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Vaşinqton Qafqazda sabitliyi pozur   - Kreml
Siyasət 17:18
Vaşinqton Qafqazda sabitliyi pozur - Kreml
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Siyasət 13:16
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Siyasət 15:53
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol