• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02128
  • ₺ 0.0397
  • £ 2.2735

İlham Əliyev Çin liderinə məktub göndərdi

İlham Əliyev Çin liderinə məktub göndərdi
25.10.2017 14:04
Azərbaycan prezidenti İlham Əliyev Çin Xalq Respublikasının sədri, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Si Cinpinə məktub göndərib.

Anews.az-ın məlumatına görə, məktubda deyilir:

"Çin Kommunist Partiyasının XIX Qurultayının uğurla başa çatması, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi və rəhbərlik etdiyiniz partiyanın bütün üzvlərini şəxsən öz adımdan və Yeni Azərbaycan Partiyasının üzvləri adından səmimi qəlbdən təbrik edirəm. Ölkənizin ictimai-siyasi həyatında tarixi hadisə olan XIX Qurultay Çin Kommunist Partiyasının yeniləşməsi, onun gələcək fəaliyyətinin əsas istiqamətlərinin müəyyənləşməsi, bütövlükdə xalqınızın rifahı, ölkənizin sosial-iqtisadi inkişafı, eləcə də xarici siyasət xətti ilə bağlı irəli sürdüyünüz yeni konsepsiyanın qəbul olunması kimi mühüm qərarlar ilə əlamətdar olub.

Məmnunluq hissi ilə qeyd etmək istərdim ki, Azərbaycan Respublikası ilə Çin Xalq Respublikasını xoş ənənələrə malik dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. Bu gün ölkələrimizin aparıcı siyasi qüvvələri kimi Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasındakı fəal dialoq eyni zamanda xalqlarımız arasında dostluq və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə, bütün sahələrdə əməkdaşlığımızın dərinləşməsinə və bütövlükdə Azərbaycan-Çin münasibətlərinin inkişafına mühüm töhfələr verir.

Əminəm ki, dərin tarixi kökləri olan Azərbaycan-Çin əlaqələrinin daha da genişləndirilməsi, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar və layihələr çərçivəsində qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik. Bu əlamətdar gündə Sizə və Çin Kommunist Partiyasının bütün üzvlərinə bir daha təbriklərimi və ən xoş arzularımı yetirir, dost Çin xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ceyhun Bayramov Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibini qəbul edib
Siyasət 21:40
Ceyhun Bayramov Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibini qəbul edib
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Siyasət 21:32
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Azərbaycan və Türkiyə yeni 110-bəndlik fəaliyyət planını təsdiqləyəcək – Baş nazir
Siyasət 16:39
Azərbaycan və Türkiyə yeni 110-bəndlik fəaliyyət planını təsdiqləyəcək – Baş nazir
İki kollecə yeni təyinat olub
Siyasət 15:30
İki kollecə yeni təyinat olub
2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan olundu- Sərəncam
Siyasət 13:16
2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan olundu- Sərəncam
Cevdet Yılmaz Azərbaycana gəlib
Siyasət 12:43
Cevdet Yılmaz Azərbaycana gəlib
ABŞ onlarla ölkədən səfirlərini geri çağırır, siyahıda Ermənistan da var
Siyasət 09:24
ABŞ onlarla ölkədən səfirlərini geri çağırır, siyahıda Ermənistan da var
İlham Əliyev MDB-nin Sankt-Peterburqdakı qeyri-rəsmi sammitində iştirak etməyəcək
Siyasət 09:19
İlham Əliyev MDB-nin Sankt-Peterburqdakı qeyri-rəsmi sammitində iştirak etməyəcək
Paşinyan İlham Əliyevə təşəkkür edib
Siyasət 21:30
Paşinyan İlham Əliyevə təşəkkür edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol