Sarkisyandan növbəti blef - Ermənistan müharibəyə hazırdır
Ermənistan prezidenti Serj Sarkisyan bu günlərdə verdiyi açıqlamada həyasızcasına yalan danışaraq bildirib ki, indiki mərhələdə Ermənistan Dağlıq Qarabağ probemini hərbi yolla həll etmək niyyətində deyil, onun belə məqsədi yoxdur.
"Ona görə də bir əllə danışıqlar aparmaq, digər əllə isə atəş açmaq yolu ilə problemi həll etmək mümkün deyil. Biz ya danışıqlar aparmalı, ya da atəş açmalıyıq. Hər iki varianta hazırıq” – deyən Sarkisyan növbəti dəfə daxili və xarici auditoriyaya yalan məlumatlar ötürüb.
Sarkisyanın bu açıqlamasını Yenicag.az-a şərh edən politoloq Natiq Miri bildirdi ki, işğalçı dövlət rəhbərinin həmin fikirləri ziddiyyətli açıqlamadır:
Bununla bağlı dolayısı ilə atəşkəsin təmin olunması üçün təklif olunan mexanizmlərin tətbiqi həm də Azərbaycanın bu yöndə torpaqları azad etmək üçün aktivləşməsinin qarşısını almağa yönəlik açıqlamadır. Çünki cəbhə xəttində atəşkəsin təmin olunması və bu yöndə ABŞ-ın irəli sürdüyü mexanizmin tətbiqi əslində, Ermənistanın işinə yarıyır. Təhlükəsizlik təminatı adı altında heç bir nəticəsi olmayan uzun vədəli danışıqlar aparmaqla sadəcə, görüntü yaradır və Azərbaycanın qəbul edə bilməyəcəyi şərtləri irəli sürməklə bir növ özlərini sülh tərəfdarı kimi təqdim edirlər. Bir məsələni də nəzərə alaq ki, Avropada baş verən və getdikcə böyüyən separatizm dalğası çərçivəsində İrəvanla Dağlıq Qarabağ separatçılarının mövqeyi xeyli dərəcədə zəifləyib.
Bunun müqabilində də təbii ki, Sarkisyanın ondan artıq deyəcəyi bir şey yoxdur. Çünki artıq Qərb dünyası separatizm dalğasının qarşısını almaq məcburiyyətindədir. Buna paralel olaraq, İraqda Avropa və ABŞ-ın dəstəklədiyi Kürdüstan muxtariyyətində baş verən referendumun nəticələri belə tanınmadı. Ayrıca, İspaniya, İtaliya və gələcəkdə ola bilsin Böyük Britaniyada separatizm dalğasına məruz qalmamaq üçün Qərb təbii ki, bu cür təhükədən sığortalanmaq istəyir. Bu kontekstdə də İrəvanın Qərbdən tələb edə biləcəyi hər hansı bir nüans yoxdur. Ona görə də Sarkisyan məcburən belə açıqlamalar verməklə, əslində Dağlıq Qarabağda təhlükəsizliyi təminat altına almağa çalışır. Bunun nəticəsində də Sarkisyan yenidən atəşkəs mexanizmlərinin yaradılması nağıllarına qayıdır. Hansı ki, Cenevrə danışıqlarında ümumiyyətlə, bu məsələlərdən söhbət getməmişdi.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər