• $ 1.7
  • € 1.978
  • ₽ 0.021091
  • ₺ 0.0416
  • £ 2.2908

Biləsuvar və Astara gömrüyü 24 saatlıq iş rejiminə keçir

Biləsuvar və Astara gömrüyü 24 saatlıq iş rejiminə keçir
28.05.2020 20:32
Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Azərbaycanda səfərdə olan İranın iqtisadiyyat və maliyyə naziri, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Məsud Kərbasian ilə görüşüb.

AzVision.az DGK-ya istinadən xəbər verir ki, görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini söyləyən A.Əliyev bildirib ki, bütün sahələrdə, o cümlədən, gömrük sferasında qarşılıqlı əməkdaşlıq yüksək səviyyədədir. Komitə sədri bu kimi səfərlərin qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsi və davamlı inkişafına töhfə verdiyini qeyd edərək, istər gömrük xidməti rəhbərləri səviyyəsində, istərsə də sərhəd-gömrük buraxılış məntəqələrində mütəmadi xarakter alan ikitərəfli görüşlərin ölkələrimizin gömrük sahəsi üzrə mövcud əməkdaşlığının davamlı inkişafına müsbət təsirindən danışıb. DGK sədri qarşılıqlı birgə fəaliyyətin bundan sonra da intensivləşdirilməsinin vacibliyini diqqətə çatdırıb.

M.Kərbasian isə Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işlər, gömrük sferasında həyata keçirilən son islahatlar və əldə edilən uğurlardan məmnunluqla söhbət açıb və bu kimi tədbirlərin iqtisadi və ticari əlaqələrin daha da genişlənməsi işinə töhfə verəcəyinə əminliyini ifadə edib. Əlaqələrin daha geniş vüsət alması üçün İran, Azərbaycan və Rusiya gömrük xidməti rəhbərlərinin üçtərəfli görüşlərinin keçirilməsinin əhəmiyyətinə toxunanMəsud Kərbasian gələcəkdə bu təklifin reallaşacağına ümid etdiyini bildirib. 

İranlı nazir, eyni zamanda, Şahtaxtı-Poldəşt gömrük-sərhəd keçid məntəqəsinin 12 saatlıq, Biləsuvar və Astara gömrük-sərhəd keçid məntəqələrinin isə 24 saatlıq iş rejiminə keçirilməsi, eləcə də Aslandüz-Horadiz gömrük-sərhəd keçid məntəqəsinin açılmasının əhəmiyyətini vurğulayıb və bu istiqamətdə görülən işlərlə bağlı müzakirələr aparılıb.

Eyni zamanda, görüşdə gələn həftə Kolumbiyanın Kartagena şəhərində gömrük məsələlərinə dair gerçəkləşəcək beynəlxalq tədbirlərlə, Ümumdünya Gömrük Təşkilatının baş katibi və müavinləri vəzifəsinə keciriləcək seçkilərlə, eləcə də noyabr ayında Pakistanın İslamabad şəhərində baş tutacaq İqtisadi Əməkdaşlıq Təşkilatı Gömrük Xidməti Rəhbərlərinin iclasında müzakirə ediləcək məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Unibank həftəsonuna özəl komissiyasız kredit kampaniyası keçirir
İqtisadiyyat 11:38
Unibank həftəsonuna özəl komissiyasız kredit kampaniyası keçirir
ASCO-nun Müşahidə Şurasına yeni sədr təyin olunub
İqtisadiyyat 11:26
ASCO-nun Müşahidə Şurasına yeni sədr təyin olunub
Rusiya və Azərbaycan iqtisadi əməkdaşlıq komissiyasının iclası keçirilir
İqtisadiyyat 11:21
Rusiya və Azərbaycan iqtisadi əməkdaşlıq komissiyasının iclası keçirilir
SOCAR İran körfəzində işə başlayıb
İqtisadiyyat 10:47
SOCAR İran körfəzində işə başlayıb
Rusiya Ermənistana qaz təchizatını dayandıracaq
İqtisadiyyat 10:40
Rusiya Ermənistana qaz təchizatını dayandıracaq
Qızılın qiyməti bahalaşıb
İqtisadiyyat 10:08
Qızılın qiyməti bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:37
Bu günə olan məzənnə açıqlanıb

Azərbaycan neftinin qiyməti 69 dolları keçib
İqtisadiyyat 09:17
Azərbaycan neftinin qiyməti 69 dolları keçib
Filiala getmədən ödənişsiz rəqəmsal kart əldə et
İqtisadiyyat 17:41
Filiala getmədən ödənişsiz rəqəmsal kart əldə et
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol