• $
  • £

Nazirlik: Bakıda güclü istilər qeydə alınıb

Nazirlik: Bakıda güclü istilər qeydə alınıb
31.10.2017 11:10
Dünən və bu gün Bakıda və Abşeron yarımadasında havanın temperaturunun iqlim normasından 3-4 dərəcə yüksək olmasına baxmayaraq, anomal hava şəraiti müşahidə edilməyib.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

Onun sözlərinə görə, dünən Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturu 24-29 dərəcə isti olub.

A.Verdiyev qeyd edib ki, Bakıda və Abşeron yarımadasında oktyabr ayında bu ildəkindən də yüksək temperaturlar qeydə alınıb. Son 20 il ərzində ən yüksək temperatur 33 dərəcə isti olmaqla, 2012-ci ilin oktyabrın 9-da, 32 dərəcə isti olmaqla, 2013-cü ilin oktyabrın 19-da qeydə alınıb:

"Ona görə də bu temperaturları anomal hesab etmək olmaz. Ümumilikdə, bu ilki oktyabrda müşahidə edilən hava şəraitini anomal saymaq olmaz. Oktyabrda bu ay üçün, eləcə də payız üçün xarakterik olan hava şəraiti müşahidə edilib”.

A.Verdiyev qeyd edib ki, bu gündən başlayaraq, Bakıda və Abşeron yarımadasında havanın temperaturu tədricən 5-6, bölgələrdə 3-5 dərəcə enəcək. Yaxın 2-3 gün ərzində ölkə ərazisində soyuq hava şəraiti müşahidə ediləcək. Bakıda və Abşeron yarımadasında hava küləkli keçəcək, temperatur 17-22, Aran rayonlarında 16-21, dağlıq rayonlarda 9-14 dərəcə isti olacaq.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Könül Həmzəyeva saxlanılıb
Cəmiyyət 23:09
Könül Həmzəyeva saxlanılıb
Yevlaxda 2 yaşlı uşaq su kanalında boğularaq ölüb
Cəmiyyət 22:26
Yevlaxda 2 yaşlı uşaq su kanalında boğularaq ölüb
Bakıda əl enerjisi ilə müalicə apardığı bildirilən əcnəbi saxlanılıb
Cəmiyyət 21:46
Bakıda əl enerjisi ilə müalicə apardığı bildirilən əcnəbi saxlanılıb
Ramazanın iyirmi ikinci gününün duası - İmsak və iftar vaxtı
Cəmiyyət 20:29
Ramazanın iyirmi ikinci gününün duası - İmsak və iftar vaxtı
Tiktoker “Şiva” həbs edilib
Cəmiyyət 19:15
Tiktoker “Şiva” həbs edilib
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
Cəmiyyət 18:04
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib

Azər Qasımlıya 12 il həbs cəzası verilib
Cəmiyyət 16:33
Azər Qasımlıya 12 il həbs cəzası verilib

Keçən il Azərbaycanda vərəmə yoluxan uşaqların sayı açıqlanıb
Cəmiyyət 15:56
Keçən il Azərbaycanda vərəmə yoluxan uşaqların sayı açıqlanıb
Dubayda xəsarət almış Azərbaycan vətəndaşı bu gün xəstəxanadan buraxılıb
Cəmiyyət 15:35
Dubayda xəsarət almış Azərbaycan vətəndaşı bu gün xəstəxanadan buraxılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol