• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02128
  • ₺ 0.0397
  • £ 2.2735

“Qarabağda münaqişə hər an qızışa bilər”

“Qarabağda münaqişə hər an qızışa bilər”
31.10.2017 16:50
"Avropa İttifaqı olaraq Dağlıq Qarbağda baş verən cinayət və zorakılıqları qətiyyətlə pisləyir və qınayırıq”

Bu açıqlama Avropa Komissiyası rəhbərliyinin Dünya Azərbaycanlıları Assambleyası rəhbəri Rəşad Quliyevə ünvanlıdığı cavabda qeyd edilib.

DAA-dan AzVision.az-a verilən məlumata görə, bu gün Avropa Komissiyası Rusiya, Şərq Tərəfdaşlığı, Mərkəzi Asiya ölkələri üzrə direktorluğundan cənab Dirk Shuebel, Dünya Azərbaycanlıları Assambleyası rəhbəri Rəşad Quliyevə məktub göndərib.

Məktubda qeyd olunur: "Avropa Komissiyası Prezidenti, Jean Claude Junckerə 17 oktyabrda ünvanladığınız məktuba görə sizə təşəkkür edirik. Bu məktubu cənab Prezidentin xahişi ilə sizə mən cavablandırıram.

Bu məsələ konkret olaraq 2015-ci ilin Şərq Tərəfdaşlığı sammitində qəbul olunmuş deklarasiyada qeyd olunduğu kimi biz Azərbaycanın beynəlxalq səviyyədə qəbul olunmuş ərazi bütövlüyünə, suverenliyinə hörmətlə yanaşırıq.

Eyni zamanda bu açıqlama Avropa Şurasının prezidenti Donald Tuskun 2017-ci ilin fevralında Brüsseldə keçirilən sammit zamanı çıxışında bir daha qeyd olunub. Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsi zamanı Ermənistan tərəfindən zorakılıq və cinayət hallarına dərin təəssüfflə yanaşmaqla yanaşı və bu halları qınayır.

2016-cı ilin aprel hadisələri zamanı münaqişə bölgəsində baş vermiş silahlı toqquşma və silahlı qarşıdurma bir daha bunu göstərir ki, bölgədə vəziyyət gərgindir və bu münaqişə hər an qızışa bilər. Baş verəcək silahlı insidentin bölgənin stabilliyinə ciddi zərbə olacağından Avropa İttifaqı ciddi narahatçılıq keçirir.

Avropa İttifaqı bu münaqişənin həllinin sülhlə həll olmasına çalışır. Ancaq bu, o demək deyil ki, status-kvo bu cür davam etməlidir. Bu münaqişənin yeganə həll yolu beynəlxalq hüquq çərçivəsində həll olunmasıdır”.

Qeyd edək ki, Dünya Azərbaycanlıları Assambleyası rəhbəri Rəşad Quliyev 17 oktyabr tarixində Avropa Komissiyası rəhbərinə bu ilin noyabrında Brüsseldə keçiriləcək Avropa Birliyi sammitinda Ermənistanla imzalanacaq əməkdaşlıq müqaviləsi çərçivəsində Avro Komissiyadan 80 milyon dəstək alacağı ilə bağlı sorğu göndərmişdi. Bu sorğuda işğalçı ölkəyə dəsətəklərin verilməsinin nəyə xidmət etməsi ilə bağlı Komissiya rəhbərinə suallar ünvanlanmışdı.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ceyhun Bayramov Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibini qəbul edib
Siyasət 21:40
Ceyhun Bayramov Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibini qəbul edib
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Siyasət 19:07
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Azərbaycan və Türkiyə yeni 110-bəndlik fəaliyyət planını təsdiqləyəcək – Baş nazir
Siyasət 16:39
Azərbaycan və Türkiyə yeni 110-bəndlik fəaliyyət planını təsdiqləyəcək – Baş nazir
İki kollecə yeni təyinat olub
Siyasət 15:30
İki kollecə yeni təyinat olub
2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan olundu- Sərəncam
Siyasət 13:16
2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan olundu- Sərəncam
Cevdet Yılmaz Azərbaycana gəlib
Siyasət 12:43
Cevdet Yılmaz Azərbaycana gəlib
ABŞ onlarla ölkədən səfirlərini geri çağırır, siyahıda Ermənistan da var
Siyasət 09:24
ABŞ onlarla ölkədən səfirlərini geri çağırır, siyahıda Ermənistan da var
İlham Əliyev MDB-nin Sankt-Peterburqdakı qeyri-rəsmi sammitində iştirak etməyəcək
Siyasət 09:19
İlham Əliyev MDB-nin Sankt-Peterburqdakı qeyri-rəsmi sammitində iştirak etməyəcək
Paşinyan İlham Əliyevə təşəkkür edib
Siyasət 21:30
Paşinyan İlham Əliyevə təşəkkür edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol