Ermənistanın İrandan gözlədiyi pullar
İrəvan həm Moskvadan, həm də Tehrandan yararlanmağa çalışır
Ermənistan prezidenti Serj Sarkisyan Rusiyanın "RİA Novosti" agentliyinə müsahibəsində İranla münasibətlərə, xüsusilə Ermənistanın bu ölkədən əldə ümid etdiyi maliyəə vəsaitlərinə xüsusi diqqət yetirib.
İstiPress-in məlumatına görə, Tehranda İran, Azərbaycan və Rusiya prezidentləri Həsən Ruhani, İlham Əliyev və Vladimir Putinin üçtərəfli görüşü ərəfəsində Ermənistan prezidenti sanki daxili auditoriyaya ölkəsinin İranla daha yaxın əlaqələrə malik olduğunu iddia edib.
Eyni yanaşma Rusiyanın «Regnum» portalının ermənipərəst əməkdaşı Stanislav Tarasov tərəfindən də nümayiş etdirilir. Həsən Ruhani, İlham Əliyev və Vladimir Putinin üçtərəfli görüşü ərəfəsində məqalə ilə çıxış edən Stanislav Tarasov iddia edib ki, Rusiya - Azərbaycan - İran formatı geo-iqtisadi əməkdaşlıq formatı olsa da daha çox deklarativ xarakter daşıyır: "Tehranda qlobal sənədlərin imzalanması çətin ki, baş versin".
Araşdırmalar göstərir ki, "Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi tam gücü ilə işə düşəndən sonra Azərbaycan bu istiqamətdə hər il 20 milyon tona qədər yükü tranzit yolu ilə İrandan Rusiyaya və ya əksinə ötürmək imkanında olacaq. Bu, Azərbaycana hər il təxminən 1 milyard dollar valyuta gətirəcək.
Görünür, Ermənistan rəhbərliyini də məhz bu məsələ narahat edir və İrəvan bu məsələdə Azərbaycana maneçilik törətməyə çalışır. Təbii ki, Azərbaycan adekvat addımlar atmalıdır və Ermənistanın istəklərinin üstündən xətt çəkməlidir. Həm Tehranla, həm Moskva ilə əməkdaşlığın dərinləşməsi bu ölkələrdən rəsmi və qeyri-rəsmi şəkildə Ermənistana verilən dəstəyi istər-istəməz zəiflədə bilər. Bu isə Ermənistan tərəfindən işğal edilmiş ərazilərimizin qurtuluşunu yaxınlaşdırar.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər