BMT Suriyada qaçqın düşərgələri barədə

Son yardımın göndərilməsindən 4 ay vaxt keçib.
BMT Suriyanın Ət-Tanf şəhərində qaçqın düşərgələrində humanitar vəziyyətin ağırlaşmasından narahatdır.
"Report” "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə BMT-nin Ali Komissarlığının Humanitar Məsələlər üzrə Əlaqələndirmə İdarəsi bəyanat yayıb.
Sənəddə qeyd olunub ki, hazırda 50 minə yaxın şəxs Suriya-İordaniya sərhədində, Rukban səhrasında çətin şəraitdə yaşayır.
BMT-nin humanitar məsələlərinin koordinasiyası idarəsinin mətbuat katibi Yens Lerke bildirib ki, son bir il ərzində BMT iki dəfə həmin əraziyə humanitar yardım göndərib: "Son yardımın göndərilməsindən 4 ay vaxt keçib. Düşərgədə vəziyyət çox acınacaqlıdır, qışın yaxınlaşması ilə daha da ağırlaşır".
Onun sözlərinə görə, hazırda dinc əhalinin düşərgədəkilərə kömək etməsi üçün şəraitin yaradılması vacibdir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər