• $
  • £

Caspian American Forum Baku 2018-ci il iyunun 4-də keçiriləcək

Caspian American Forum Baku 2018-ci il iyunun 4-də keçiriləcək
29.05.2020 06:13
Dekabrın 8-də keçirilməsi planlaşdırılan Birinci Beynəlxalq Caspian American Forum Baku-nun vaxtı dəyişdirilərək 2018-ci il iyunun 4-nə keçirilib.

Bu barədə Caspian European Club və Caspian American Club-un sədrinin birinci müavini və icraçı direktoru Telman Əliyev məlumat verib. 

Forumun vaxtının dəyişdirilməsinin əsas səbəbi SOCAR-ın  2017-ci ilin dekabrında Birinci Beynəlxalq Caspian American Forum Baku-ya lazımi təşkilati və maliyyə dəstəyi verməməsidir.

Bu barədə  Klubun rəsmi müraciətində SOCAR prezidentinin müşaviri Murad Heydərov bildirib. Cənab Heydərov həmçinin söyləyib ki, dekabr ayında keçiriləcəyi halda SOCAR rəhbərlərindən heç biri fəxri qonaq və spiker qismində forumda iştirak edə bilməyəcək.

"Buna baxmayaraq, Caspian American Forum Baku-nu ən yüksək səviyyədə təşkil etmək məqsədilə lazımi sayda sponsor və partnyor cəlb etmək üçün əlimizdən gələni edəcəyik. Caspian American Forum Baku Şimali və Cənubi Amerikadan Xəzər-Qara dəniz və Baltik regionlara daha çox şirkətlərin cəlb olunmasına yardım edəcək”, - deyə Telman Əliyev deyib.

"Məsələyə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Caspian European Club və Caspian American Club-un Sədri Zati-aliləri cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlığımızı ifadə edirik”, - deyə Telman Əliyev söyləyib.

"Biz həmçinin Caspian American Forum Baku-ya göstərilən rəsmi dəstəyə görə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə, Mədəniyyət və Turizm Nazirliyinə, Kənd Təsərrüfatı Nazirliyinə, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə, eləcə də ABŞ-ın Azərbaycandakı Səfirliyinə təşəkkür edirik”, - deyə o qeyd edib.

 Telman Əliyev xatırladıb ki, Caspian American Forum Baku – da Şimali və Cənubi Amerika, həmçinin Xəzər-Qara dəniz, Aralıq dənizi və Baltik regionu dövlətlərini təmsil edən şirkətlərin 500-dən artıq nümayəndəsinin iştirakı gözlənilir. Bu forum Xəzər-Qara dəniz regionu, Şimali və Cənubi Amerika dövlətlərinin şirkət və bazarlarının biznes-dialoqunun, ticari əlaqələrinin, əməkdaşlığın yeni istiqamətlərinin stimullaşması üçün informasiya meydanıdır.

Forum enerji və neft-qaz layihələrinin müzakirəsinə, həmçinin alternativ energetikanın inkişafına həsr olunacaq. Tədbirdə eyni zamanda qeyri-neft,  xüsusilə də maliyyə, nəqliyyat, aqrosənaye, turizm, inşaat, səhiyyə, təhsil və İKT sektorunun bugünkü aktual layihələrinə toxunulacaq. 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 109 dolları keçib
İqtisadiyyat 09:00
Azərbaycan neftinin qiyməti 109 dolları keçib
Avtobuslarda yeni qiymətlər müəyyənləşdi- CƏDVƏL
İqtisadiyyat 17:34
Avtobuslarda yeni qiymətlər müəyyənləşdi- CƏDVƏL
Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə6%-dək endirim
İqtisadiyyat 16:33
Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə6%-dək endirim
Cəlilababdda 5 mindən çox abonent hələ də qazsız qalıb - deputat
İqtisadiyyat 15:08
Cəlilababdda 5 mindən çox abonent hələ də qazsız qalıb - deputat
Biznes xərclərinə nəzarət Yelo Bank-ın tarif paketləri ilə daha rahatdır!
İqtisadiyyat 15:01
Biznes xərclərinə nəzarət Yelo Bank-ın tarif paketləri ilə daha rahatdır!
Azercell qadınların yaradıcı inkişafına dəstək göstərir
İqtisadiyyat 12:52
Azercell qadınların yaradıcı inkişafına dəstək göstərir
ABB-dən 200 000 manata qədər təmir krediti
İqtisadiyyat 12:48
ABB-dən 200 000 manata qədər təmir krediti
Deputatdan təklif: Bakıda daşınmaz əmlak kompensasiyasında fərqli yanaşma olmalıdır
İqtisadiyyat 12:03
Deputatdan təklif: Bakıda daşınmaz əmlak kompensasiyasında fərqli yanaşma olmalıdır
Azərbaycan ötən il 25,2 milyard kubmetr qaz ixrac edib
İqtisadiyyat 11:41
Azərbaycan ötən il 25,2 milyard kubmetr qaz ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol