• $ 1.7
  • € 1.7876
  • ₽ 1.9209
  • ₺ 0.0467
  • £ 2.155

1956-da üçrəngli bayrağı Qız qalasına kimlər sancmışdı?

1956-da üçrəngli bayrağı Qız qalasına kimlər sancmışdı?
09.11.2017 16:45
Çingiz Abdullayev və Cahid Hilaloğlu: 1956-cı il 28 may günü Qız qalasına üçrəngli bayrağımızı sancan qəhrəmanlar.


"Qaynarinfo" kult.az-a istinadən xəbər verir ki, bu iki gənc bu əməllərinə görə bütün gənclik illərini həbsxanalarda, sürgünlərdə çürüdüb. Cahid və Çingizin mübarizəsinin ən pik nöqtəsi üçrəngli Azərbaycan bayrağını Qız qalasının başına qaldırmalarıdır.


Cahid Hilaloğlu 1928-ci ildə Ağdamda anadan olub və 1991-ci ildə elə doğma şəhərində də vəfat edib. Hilaloğlunun ölümündən bir neçə ay sonra uğrunda mübarizə apardığı müstəqillik Azərbaycana da qismət oldu və onun sovet rejiminin ağalıq vaxtlarında Qız qalasının başına qaldırdığı üçrəngli bayraq hər yerdə sərbəst dalğalandı. Amma bunu görmək Cahid Hilaloğluya qismət olmadı.


Çingiz Mirzağa oğlu Abdullayev 1929-cu ildə Laçında doğulub. Deyilənə görə, Çingizin bir qohumu Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında iştirakı olan önəmli şəxs olub və cümhuriyyətin işğalından sonra həmin qohum Türkiyəyə mühacirət edib. Qohumun kimliyi aydınlaşmayıb. Uşaqlıqdan evdə-ailədə gizli söhbətlər eşidən Çingiz müstəqil böyüyüb, hadisələrə ayıq gözlə baxmağı bacarıb.


Qeyd edək ki, noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günüdür. 2009-cu il noyabrın 17-də Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Həmin il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın Rusiyadakı səfiri Putin üçün mahnı ifa edib  -  VİDEO
Mədəniyyət 10:57
Azərbaycanın Rusiyadakı səfiri Putin üçün mahnı ifa edib - VİDEO
Vatikan Azərbaycanı Alban kilsəsinin beşiyi kimi tanımağa çağırıb
Mədəniyyət 16:08
Vatikan Azərbaycanı Alban kilsəsinin beşiyi kimi tanımağa çağırıb
Mədəniyyət Nazirliyinin sabiq əməkdaşı azadlığa buraxılıb
Mədəniyyət 17:09
Mədəniyyət Nazirliyinin sabiq əməkdaşı azadlığa buraxılıb
Bakıda
Mədəniyyət 13:25
Bakıda "Avropanın rəngləri" sərgisi təşkil olunub - FOTOLAR
Vaqif Mustafayev Prezident tərəfindən təltif olunub
Cəmiyyət 15:59
Vaqif Mustafayev Prezident tərəfindən təltif olunub
Heykəltaraş Natiq Əliyev  beynəlxalq müsabiqənin laureatı seçilib
Mədəniyyət 21:25
Heykəltaraş Natiq Əliyev beynəlxalq müsabiqənin laureatı seçilib
Qarabağ münaqişəsi ilə bağlı yeni filmin təqdimatı keçirilib
Mədəniyyət 19:18
Qarabağ münaqişəsi ilə bağlı yeni filmin təqdimatı keçirilib
Rəng həyatın sevincidir - SƏRGİDƏN REPORTAJ/FOTOLAR
Mədəniyyət 21:52
Rəng həyatın sevincidir - SƏRGİDƏN REPORTAJ/FOTOLAR
M.F.Axundov haqqında yeni kitab nəşr edilib
Mədəniyyət 09:50
M.F.Axundov haqqında yeni kitab nəşr edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol