• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02128
  • ₺ 0.0397
  • £ 2.2735

Prezident nazirlərlə bağlı sərəncam verdi

Prezident nazirlərlə bağlı sərəncam verdi
15.11.2017 21:27
Prezident İlham Əliyev velosiped idmanının "BMX Racing” növü üzrə dünya çempionatının 2018-ci ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.

Unikal.org xəbər verir ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) velosiped idmanının "BMX Racing” növü üzrə dünya çempionatının 2018-ci il 5-9 iyun tarixində Bakı şəhərində keçirilməsinə dair qərarı Azərbaycan Respublikasının idman siyasətinin daha bir qələbəsi və beynəlxalq federasiyalar tərəfindən ölkəmizdə görülən bütün işlərə, o cümlədən idman və bədən tərbiyəsi sahəsində əldə olunan nailiyyətlərə verilən növbəti yüksək qiymətdir.

Respublikamızın son illər ərzində artan potensialı nəticəsində beynəlxalq səviyyəli tədbirlərin, xüsusilə ilk Avropa Oyunlarının və Ümumdünya Şahmat Olimpiadasının, voleybol üzrə qadınlar arasında Avropa çempionatının, "Tour d’Azerbaidjan” beynəlxalq velosiped yarışının, o cümlədən bir çox idman növləri üzrə dünya və Avropa çempionatlarının, dünya kuboku və Qran-Pri yarışlarının təşkilinin ənənəvi hal alması bu dünya çempionatının da yüksək səviyyədə keçiriləcəyinə inam yaradır. Velosiped idmanının "BMX Racing” növü üzrə dünya çempionatının Bakı şəhərində keçirilməsi Azərbaycanın dünya idman aləmində yerinin daha da möhkəmlənməsinə şərait yaradacaq.

Dövlət başçısı 2018-ci ildə velosiped idmanının "BMX Racing” növü üzrə dünya çempionatının Bakı şəhərində layiqincə keçirilməsini təmin etmək məqsədilə qərara alıb ki, velosiped idmanının "BMX Racing” növü üzrə dünya çempionatının 2018-ci ilin iyun ayında Bakı şəhərində keçirilməsi üçün aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:

Təşkilat Komitəsinin sədri
Yaqub Eyyubov

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini
Təşkilat Komitəsinin üzvləri
Hacıbala Abutalıbov

Bakı şəhər İcra Hakimiyyətinin başçısı
Yusuf Məmmədəliyev

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri
Azad Rəhimov

Azərbaycan Respublikasının gənclər və idman naziri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti
Fazil Məmmədov

Azərbaycan Respublikasının vergilər naziri, Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti
Elmar Məmmədyarov

Azərbaycan Respublikasının xarici işlər naziri
Ramil Usubov

Azərbaycan Respublikasının daxili işlər naziri
Kəmaləddin Heydərov

Azərbaycan Respublikasının fövqəladə hallar naziri
Samir Şərifov

Azərbaycan Respublikasının maliyyə naziri
Ramin Quluzadə

Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri
Əbülfəs Qarayev

Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri
Oqtay Şirəliyev

Azərbaycan Respublikasının səhiyyə naziri
Mikayıl Cabbarov

Azərbaycan Respublikasının təhsil naziri
Aydın Əliyev

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədri
Mədət Quliyev

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
Firudin Nəbiyev

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi
Elçin Quliyev

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi
Cahangir Əsgərov

"Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti
Balababa Rzayev

"Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri
Çingiz Hüseynzadə

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti.
Bu sərəncamla yaradılan Təşkilat Komitəsi 2018-ci il 5-9 iyun tarixində velosiped idmanının "BMX Racing” növü üzrə dünya çempionatının Bakı şəhərində keçirilməsinə dair Tədbirlər Planı hazırlayıb həyata keçirəcək.
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.




www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Siyasət 19:07
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Azərbaycan və Türkiyə yeni 110-bəndlik fəaliyyət planını təsdiqləyəcək – Baş nazir
Siyasət 16:39
Azərbaycan və Türkiyə yeni 110-bəndlik fəaliyyət planını təsdiqləyəcək – Baş nazir
İki kollecə yeni təyinat olub
Siyasət 15:30
İki kollecə yeni təyinat olub
2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan olundu- Sərəncam
Siyasət 13:16
2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan olundu- Sərəncam
Cevdet Yılmaz Azərbaycana gəlib
Siyasət 12:43
Cevdet Yılmaz Azərbaycana gəlib
ABŞ onlarla ölkədən səfirlərini geri çağırır, siyahıda Ermənistan da var
Siyasət 09:24
ABŞ onlarla ölkədən səfirlərini geri çağırır, siyahıda Ermənistan da var
İlham Əliyev MDB-nin Sankt-Peterburqdakı qeyri-rəsmi sammitində iştirak etməyəcək
Siyasət 09:19
İlham Əliyev MDB-nin Sankt-Peterburqdakı qeyri-rəsmi sammitində iştirak etməyəcək
Paşinyan İlham Əliyevə təşəkkür edib
Siyasət 21:30
Paşinyan İlham Əliyevə təşəkkür edib
Qurbanqulu Berdiməhəmmədov İlham Əliyevi təbrik edib
Siyasət 19:29
Qurbanqulu Berdiməhəmmədov İlham Əliyevi təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol