• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02128
  • ₺ 0.0397
  • £ 2.2735

Azərbaycan YUNESKO-nun vitse-prezidenti seçildi

Azərbaycan YUNESKO-nun vitse-prezidenti seçildi
17.11.2017 09:46
YUNESKO-nun mənzil qərargahında qurumun Ümumdünya İrs Komitəsinin növbədənkənar sessiyası keçirilib. Sessiyada komitəyə seçilmiş 12 yeni üzv ölkə də iştirak edib. Xatırladaq ki, Azərbaycan 2015-ci ildə dörd il müddətinə bu komitəyə üzv seçilib.

Anews.az Azərtac-a istinadən xəbər verir ki, növbədənkənar sessiyada Azərbaycan növbəti il üçün komitənin vitse-prezidenti seçilib. Bəhreyn, Braziliya, İspaniya, Zimbabve və Çin ilə yanaşı, komitənin Bürosuna üzv olub.

İrs Komitəsinin növbəti il üçün sədri Bəhreyn seçilib. Gələn il komitənin 42-ci sessiyasının Bəhreynin paytaxtı Manama şəhərində keçirilməsi planlaşdırılır.

Ümumdünya İrs Komitəsi 1972-ci il mədəni və təbii abidələrin mühafizəsi üzrə YUNESKO Konvensiyasının effektiv icrası, mədəni və təbii abidələrin Dünya İrs Siyahısına daxil edilməsi, eləcə də, bu abidələrin mühafizəsi və mədəni irsin qorunması üzrə digər önəmli qərarların verilməsinə cavabdeh olan təşkilatın önəmli qurumudur.

Ölkəmizin Büroya seçilməsi komitənin yuxarıdakı məsələlərlə bağlı qərarlarında, eləcə də, komitə sessiyalarının gündəliyinin formalaşdırılmasında yaxından iştirak etmək imkanı yaradır.

Qeyd edək ki, Azərbaycanın iki mədəni abidəsi - 2000-ci ildə İçərişəhər, 2007-ci ildə isə Qobustan qoruğu Ümumdünya İrs Komitəsi tərəfindən bu mötəbər siyahıya daxil edilib. Hazırda ölkəmiz tərəfindən yeni abidələrin bu siyahıya daxil edilməsi istiqamətində fəal iş aparılır.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Siyasət 19:07
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Azərbaycan və Türkiyə yeni 110-bəndlik fəaliyyət planını təsdiqləyəcək – Baş nazir
Siyasət 16:39
Azərbaycan və Türkiyə yeni 110-bəndlik fəaliyyət planını təsdiqləyəcək – Baş nazir
İki kollecə yeni təyinat olub
Siyasət 15:30
İki kollecə yeni təyinat olub
2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan olundu- Sərəncam
Siyasət 13:16
2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan olundu- Sərəncam
Cevdet Yılmaz Azərbaycana gəlib
Siyasət 12:43
Cevdet Yılmaz Azərbaycana gəlib
ABŞ onlarla ölkədən səfirlərini geri çağırır, siyahıda Ermənistan da var
Siyasət 09:24
ABŞ onlarla ölkədən səfirlərini geri çağırır, siyahıda Ermənistan da var
İlham Əliyev MDB-nin Sankt-Peterburqdakı qeyri-rəsmi sammitində iştirak etməyəcək
Siyasət 09:19
İlham Əliyev MDB-nin Sankt-Peterburqdakı qeyri-rəsmi sammitində iştirak etməyəcək
Paşinyan İlham Əliyevə təşəkkür edib
Siyasət 21:30
Paşinyan İlham Əliyevə təşəkkür edib
Qurbanqulu Berdiməhəmmədov İlham Əliyevi təbrik edib
Siyasət 19:29
Qurbanqulu Berdiməhəmmədov İlham Əliyevi təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol