• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02128
  • ₺ 0.0397
  • £ 2.2735

Ərdoğan Putinlə Qarabağdan nə danışdı? - "Onu ümidsiz gördüm"

Ərdoğan Putinlə Qarabağdan nə danışdı? -
17.11.2017 10:04
"Vladimir Putinlə görüşdə Dağlıq Qarabağ məsələsini də müzakirə etdik". İstiPress-in məlumatına görə, bunu bir neçə gün öncə Rusiya, Qətər və Küveytə səfər edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

"Proses az qala 30 ilə yaxındır ki, davam edir. Bu həssas məsələnin Rusiya tərəfindən nəzarətə alınmasının gərəkdiyini bildirdik. Çünki Rusiyanın Ermənistana böyük təsiri var. Biz onlara "Rusiya olaraq bu işə önəm verməyiniz faydalı olacaq" dedik.  

Yeddi rayondan beşi ilə bağlı daha əvvəl qəbul olunan qərar var. Onların işğal edildiyini BMT Təhlükəsizlik Şurası da qəbul edib. Bu ərazilər azad edilərsə gerçək sahibləri də torpaqlarına qayıda bilər. Qərarların icra olunmasının zəruriliyini qeyd etdik".

Onun sözlərinə görə, Putin özü də buna müsbət yanaşsa da, çox da ümidli deyil. "Fikrimcə, tərəflərin mövqeyi ilə bağlı ümidsizdir".

Xatırladaq ki, Ərdoğan noyabrın 13-də Rusiyda olub. Onun gələn həftə yenidən V.Putinlə görüşmək üçün Rusiyaya gedəcəyi açıqlanıb. Belə ki, Soçidə noyabrın 22-də İran. Türkiyə və Rusiya liderlərinin zirvə toplantısı olacaq. Gündmin isə Suriya məsələsi olacağı gözlənilir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Siyasət 19:07
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Azərbaycan və Türkiyə yeni 110-bəndlik fəaliyyət planını təsdiqləyəcək – Baş nazir
Siyasət 16:39
Azərbaycan və Türkiyə yeni 110-bəndlik fəaliyyət planını təsdiqləyəcək – Baş nazir
İki kollecə yeni təyinat olub
Siyasət 15:30
İki kollecə yeni təyinat olub
2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan olundu- Sərəncam
Siyasət 13:16
2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan olundu- Sərəncam
Cevdet Yılmaz Azərbaycana gəlib
Siyasət 12:43
Cevdet Yılmaz Azərbaycana gəlib
ABŞ onlarla ölkədən səfirlərini geri çağırır, siyahıda Ermənistan da var
Siyasət 09:24
ABŞ onlarla ölkədən səfirlərini geri çağırır, siyahıda Ermənistan da var
İlham Əliyev MDB-nin Sankt-Peterburqdakı qeyri-rəsmi sammitində iştirak etməyəcək
Siyasət 09:19
İlham Əliyev MDB-nin Sankt-Peterburqdakı qeyri-rəsmi sammitində iştirak etməyəcək
Paşinyan İlham Əliyevə təşəkkür edib
Siyasət 21:30
Paşinyan İlham Əliyevə təşəkkür edib
Qurbanqulu Berdiməhəmmədov İlham Əliyevi təbrik edib
Siyasət 19:29
Qurbanqulu Berdiməhəmmədov İlham Əliyevi təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol