• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02128
  • ₺ 0.0397
  • £ 2.2735

Aprel Qəhrəmanları gənclərə tanıdılır

Aprel Qəhrəmanları gənclərə tanıdılır
17.11.2017 10:31
"Resurs” Gənclərin İnkişafı İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Aprel döyüşləri qəhrəmanlarının tanıdılması” layihəsinin icrasına start verilib.

Anews.az xəbər verir ki, layihənin məqsədi 2015-ci ilin Aprel döyüşlərində ölkəmizin ərazi bütövlüyü uğrunda şücaət göstərmiş qəhrəmanlarımızın yetişməkdə olan gənc nəslə tanıdılması və onların həyatı, keçdiyi böyük və şərəfli döyüş yolları, göstərdiyi igidliklər haqqında ətraflı məlumatlar verməkdən ibarətdir.

İşğal altında olan torpaqlarımızın azad edilməsi məqsədilə cəmiyyət üzvlərinə vətənpərvərlik hisslərinin aşılanması, Milli Qəhrəmanların təbliğ edilərək tanıdılması, xalqımızın Ali Baş Komandanın əmrinə daim hazır olmaları üçün təbliğat işlərinin aparılması dövlət və hökumət orqanları ilə yanaşı, ictimai birliklərin də üzərinə böyük vəzifələr qoyur. Ən yeni tariximizin şanlı səhifəsi olan Aprel döyüşlərində iştirak etmiş, şəhid olmuş qəhramanların gənc nəslə tanıdılması bu baxımdan çox mühüm əhəmiyyət kəsb edir.

Layihə çərçivəsində keçiriləcək kütləvi tədbirlər zamanı Aprel döyüşlərində bilavasitə iştirak etmiş qəhrəmanlarımızla canlı ünsiyyət təşkil ediləcək, onlar haqqında çəkilmiş qısa filmlər nümayiş etdiriləcəkdir. Tədbirlərdə gənc nəslin nümayəndələrinin, o cümlədən dövlət orqanlarının məsul əməkdaşlarının, digər QHT və KİV nümayəndələrinin iştirakı təmin ediləcəkdir. Layihənin gedişatı haqqında mütəmadi olaraq mətbuat vasitəsilə ictimaiyyətə məlumat veriləcəkdir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Siyasət 19:07
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Azərbaycan və Türkiyə yeni 110-bəndlik fəaliyyət planını təsdiqləyəcək – Baş nazir
Siyasət 16:39
Azərbaycan və Türkiyə yeni 110-bəndlik fəaliyyət planını təsdiqləyəcək – Baş nazir
İki kollecə yeni təyinat olub
Siyasət 15:30
İki kollecə yeni təyinat olub
2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan olundu- Sərəncam
Siyasət 13:16
2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan olundu- Sərəncam
Cevdet Yılmaz Azərbaycana gəlib
Siyasət 12:43
Cevdet Yılmaz Azərbaycana gəlib
ABŞ onlarla ölkədən səfirlərini geri çağırır, siyahıda Ermənistan da var
Siyasət 09:24
ABŞ onlarla ölkədən səfirlərini geri çağırır, siyahıda Ermənistan da var
İlham Əliyev MDB-nin Sankt-Peterburqdakı qeyri-rəsmi sammitində iştirak etməyəcək
Siyasət 09:19
İlham Əliyev MDB-nin Sankt-Peterburqdakı qeyri-rəsmi sammitində iştirak etməyəcək
Paşinyan İlham Əliyevə təşəkkür edib
Siyasət 21:30
Paşinyan İlham Əliyevə təşəkkür edib
Qurbanqulu Berdiməhəmmədov İlham Əliyevi təbrik edib
Siyasət 19:29
Qurbanqulu Berdiməhəmmədov İlham Əliyevi təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol