• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02128
  • ₺ 0.0397
  • £ 2.2735

Prezident: Erməni təxribatının qanı yerdə qalmayacaq

Prezident: Erməni təxribatının  qanı yerdə qalmayacaq
20.11.2017 11:27
Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Uşaqlarının IV Ümumrespublika Uşaq Forumunun iştirakçılarına təbrik məktubu yollayıb.

anews.az-ın APA-ya istinadən xəbərinə görə, məktubu baş nazirin müavini Əli Əhmədov oxuyub.

Məktubda deyilir: "Hörmətli Forum iştirakçıları, əziz uşaqlar! Sizi Uşaqların IV Ümumrespublika Forumunun iştirakçılarını, eləcə də, ölkəmizin bütün uşaqlarını səmimi qəlbdən salamlayır, hamınıza ən xoş arzularımı çatdırır, hər birinizə can sağlığı, xoşbəxtlik və gələcək həyatınızda nailiyyətlər arzulayıram. 

Ümummilli lider Heydər Əliyevin "Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətimizin gələcəyidir. 

Ona görə də hər bir insanpərvər cəmiyyətdə uşaqlara daim qayğı göstərilməlidir” sözləri bir an belə unudulmadan ölkəmizdə uşaq hüquqlarının ən etibarlı şəkildə qorunması üçün zəruri şərait yaradılıb. 

Övladlarımızın yüksək mənəvi və sosial müdafiə mühitində böyüməsi, müasir standartlara uyğun, keyfiyyətli təhsilə, tibbi xidmətlərlə təmin edilməsi və xalqımızın milli dəyərlərə sadiq, mənən zəngin formalaşması Azərbaycan dövlətinin uşaqlarla bağlı ardıcıl siyasətinin başlıca  prinsipləridir.   

Uğurla icra olunan çoxsaylı sosial yönümlü layihələr də bu amala xidmət göstərir. Uşaqların müdafiəsi ölkə konstitusiyasında, qanunvericilik və normativ hüquqi aktlarla tənzimlənir. Siz uşaqlar xoşbəxtsiniz ki, yeni əsrə və yeni minilliyə müstəqil dövlət olaraq qədəm qoymuş ölkəmizdə dünyaya göz açmısınız. 

Bu ölkənin illərlə daha güclü, daha qüvvətli olması sizin gələcək xoşbəxt və firavan həyatınızın təminatı deməkdir. Azərbaycan sürətli inkişaf yolundadır. İndiki nəsil qüdrətli Azərbaycanı sizə etibar edəcək. Qətiyyətlə deyə bilərəm ki, siz istedadınızı və yaradıcılıq potensialınızı üzə çıxarmağınız üçün geniş imkanlara maliksiniz.

Dövlətimiz Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində hüquqları kobud sürətdə pozulmuş qaçqın və məcburi köçkünlərimizin, onların uşaqlarının müdafiəsi naminə öz qüvvəsini səfərbər edib. Əminəm ki, düşmən təxribatının qurbanı olmuş məsum övladlarımızın qanı yerdə qalmayacaq, erməni təcavüzünə son qoyulacaq. Azərbaycanın haqq işi qalib gələcək və ədalət bərqərar olacaq. Ümidvaram ki, Forum çərçivəsində aparacağınız müzakirələr ölkəmizdə uşaqlarla bağlı dövlət siyasətinin layiqincə həyata keçirilməsi işinə öz töhfəsini verəcək”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Siyasət 19:07
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Azərbaycan və Türkiyə yeni 110-bəndlik fəaliyyət planını təsdiqləyəcək – Baş nazir
Siyasət 16:39
Azərbaycan və Türkiyə yeni 110-bəndlik fəaliyyət planını təsdiqləyəcək – Baş nazir
İki kollecə yeni təyinat olub
Siyasət 15:30
İki kollecə yeni təyinat olub
2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan olundu- Sərəncam
Siyasət 13:16
2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan olundu- Sərəncam
Cevdet Yılmaz Azərbaycana gəlib
Siyasət 12:43
Cevdet Yılmaz Azərbaycana gəlib
ABŞ onlarla ölkədən səfirlərini geri çağırır, siyahıda Ermənistan da var
Siyasət 09:24
ABŞ onlarla ölkədən səfirlərini geri çağırır, siyahıda Ermənistan da var
İlham Əliyev MDB-nin Sankt-Peterburqdakı qeyri-rəsmi sammitində iştirak etməyəcək
Siyasət 09:19
İlham Əliyev MDB-nin Sankt-Peterburqdakı qeyri-rəsmi sammitində iştirak etməyəcək
Paşinyan İlham Əliyevə təşəkkür edib
Siyasət 21:30
Paşinyan İlham Əliyevə təşəkkür edib
Qurbanqulu Berdiməhəmmədov İlham Əliyevi təbrik edib
Siyasət 19:29
Qurbanqulu Berdiməhəmmədov İlham Əliyevi təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol