• $ 1.7
  • € 1.9827
  • ₽ 0.021317
  • ₺ 0.0416
  • £ 2.3029

Telman İsmayılov "Lotu Quli"ni ölümdən xilas etdi - YENİ DETALLAR

Telman İsmayılov
28.05.2020 22:34
Azərbaycanlı kriminal avtoritet, "qanuni oğru” Nadir Səlifov ("Lotu Bakinski”) sağ qaldığına görə azərbaycanlı keçmiş oliqarx Telman İsmayılova təşəkkür etməlidir.
 
Anews.az xəbər verir ki, bu haqda "Sputnik” agentliyinə kriminal dairələrə yaxın mənbə danışıb.

Noyabrın 2-də İstanbulun Bahçelievlər rayonunda yerləşən bir ticarət mərkəzində "Şirinlər” cinayətkar qruplaşmasının lideri Mehmet Sabri Şirin və qruplanmanın bir neçə üzvü, həmçinin mərhum azərbaycanlı avtoritet Rövşən Canıyevin (Rövşən Lənkəranski) qardaşı Namiq Canıyevlə onun yaxın adamlarını saxlayıblar. Türkiyə polisi bununla da Nadir Səlifova qarşı planlaşdırılan sui-qəsdin qarşısını alıblar.

Mənbə qeyd edib ki, İsmayılovun özü Səlifova qarşı sui-qəsd hazırlayan şəxslərin ifşasında iştirakını qəbul etməsə də, İstanbulun hüquq-mühafizə orqanları "qanuni oğru”ya hücum haqqında yalnız onun vasitəsilə xəbər tuta bilərdi.

Rusiyada barəsində həbs qərarı çıxarılan Telman İsmayılovun Türkiyəni tərk edərək, ailəsi ilə birlikdə Fransaya köçdüyü bildirilir. Rusiya KİV-inin yazdığına görə, türk polisinin də biznesmenlə bağlı problemləri var. Hüquq-mühafizə orqanlarının versiyasına görə, Telman İsmayılovun adı Rövşən Canıyevin qətli üzrə cinayətdə çəkilir.

Türkiyə polisi 2016-cı ilin avqustunda İstanbulda öldürülən Lənkəranskinin qətlini araşdırır. "Rəşad Gəncinski” kimi məşhur olan "qanuni oğru” Rəşad İsmayılov 2017-ci ilin yanvarında Lənkəranskinin onun əmri ilə öldürüldüyünü elan etməsinə baxmayaraq, qətlin üstü rəsmən açılmayıb. Məlumata görə, "Rəşad Gəncinski” "Lotu Quli” adı ilə məşhur olan Nadir Səlifova yaxındır. Türkiyə xüsusi xidmət orqanları Lənkəranskinin yeri haqqında informasiyanı Nadir Səlifova verilməsindən şübhələnir. Məlumdur ki, iki avtoritetin klanları öz aralarında uzun müddətdir duşmənçilik edirdilər.

Rusiya KİV-inin mənbələrinə görə, Nadir Səlifovun qardaşı "Çerkizov” bazarının müflis olmuş sabiq sahibinin Türkiyədəki villasında tez-tez qonaq olurdu.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 220 nəfərə çatıb
Dünya 11:53
Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 220 nəfərə çatıb
Zelenski avqustun 18-də Vaşinqtona səfər edəcək
Dünya 11:40
Zelenski avqustun 18-də Vaşinqtona səfər edəcək
İzmirdə meşəlik ərazidə yanğın başlayıb
Dünya 09:00
İzmirdə meşəlik ərazidə yanğın başlayıb
Putin və Tramp arasında görüş başa çatıb- Yenilənib
Dünya 04:33
Putin və Tramp arasında görüş başa çatıb- Yenilənib
Pakistanda leysan yağışları 200-dən çox insanın həyatına son qoyub
Dünya 22:10
Pakistanda leysan yağışları 200-dən çox insanın həyatına son qoyub
Tramp Putinlə danışıqlarının "çox yaxşı" keçəcəyinə əmindir
Dünya 21:27
Tramp Putinlə danışıqlarının "çox yaxşı" keçəcəyinə əmindir
Yeni Dehlidə türbənin günbəzi uçub, ölən və yaralananlar var
Dünya 20:30
Yeni Dehlidə türbənin günbəzi uçub, ölən və yaralananlar var
Britaniyada hava limanında iki təyyarə toqquşub
Dünya 20:27
Britaniyada hava limanında iki təyyarə toqquşub
Şahin Şıxlinskinin apellyasiya şikayəti təmin edilməyib
Dünya 19:06
Şahin Şıxlinskinin apellyasiya şikayəti təmin edilməyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol