• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02128
  • ₺ 0.0397
  • £ 2.2735

Ermənilərin Qarabağla bağlı uydurduğu “Putin planı”

Ermənilərin Qarabağla bağlı uydurduğu “Putin planı”
22.11.2017 09:37
Belarus Prezidenti Aleksandr Lukaşenko 24 noyabrda Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığı sammitinə getməkdən imtina edib. Bundan sonra Ermənistanın da belə addım ata biləcəyi ilə bağlı bəzi ekspertlərin çıxışları oldu. Bəs görəsən, Ermənistan 2013-cü ildə olduğu kimi yenə də son anda bu sammitdə iştirak etməkdən imtina edə bilərmi?

Məsələ ilə bağlı politoloq Elçin Mirzəbəylinin Axar.az-a müsahibəsini təqdim edirik:

- Belarusun bu addımından sonra Ermənistanın da bu sammitə qoşulmaqdan imtina etməsini müşahidə edə bilərikmi? 2013-cü ildə baş verən hadisə yenidən yaşana bilərmi?

- Belarus Rusiyanın forpostu deyil, müttəfiqidir. Bir çox məsələlərə münasibətdə Belarus prezidentinin öz yanaşması var və biz Aleksandr Lukaşenkonun dəfələrlə xarakter nümayiş etdirdiyinin şahidi olmuşuq. Hesab edirəm ki, Şərq Tərəfdaşlığı sammitinə qatılmamaq Belarus prezidentinin öz mövqeydir və onun belə məsələlərdə Rusiyanın arzu və istəklərini nəzərə aldığını düşünmürəm.

Ermənistan isə bu sammitdən imtina etməyəcək. Çünki işğalçı ölkənin Kremldə Lavrov kimi vəkili və aradüzəldəni var. Rusiya Ermənistana Avropa İttifaqı ilə münasibətlərini inkişaf etdirməyə icazə verib. Avropadakı erməni diasporu bir çox ölkələrlə yanaşı, həm də Rusiyanın casus şəbəkəsi funksiyasını yerinə yetirib. Çoxsifətlilik, beşqat, onqat casusluq ermənilərin mental xüsusiyyətidir. Ruslar da onların bu sifətlərindən öz maraqları üçün istifadə edirlər.
 
Ermənistan sammitə qatılacaq və Avropa İttifaqı ilə də ikitərəfli sazişi imzalayacaq. Avropa İttifaqı da Ermənistanın çoxsifətli inteqrasiya meyillərinə "özünüqoruma” instikti kimi yanaşıb onun Rusiyanın forpostu olduğuna önəm verməyəcək.

- Erməni politoloqlar Ermənistanın Avropa İttifaqı ilə saziş imzalamaqdan imtina etməsə, noyabrın 22-23-də Moskvanın Qarabağ haqqında yeni "Putin planı”nının Azərbaycana təqdim ediləcəyi ilə bağlı informasiya yayıblar. "Putin planı” adlanan bu sənədin mahiyyəti nədən ibarətdir? Bu planda Azərbaycanın mövqeyi nəzərə alınacaqmı?

- Bütün bunlar Rusiya və Ermənistanın müvafiq qurumlarının Azərbaycanın ictimai rəyinə ötürdüyü əsassız və təxribat xarakterli məlumatlardır. Mənim "Putin planı” adlanan bir sənəddən məlumatım yoxdur. Əgər söhbət Lavrovun haqqında söz açdığı həll variantından gedirsə, bunun da yalnız bəzi detalları ekspertlər tərəfindən açıqlanıb. Həqiqəti nə dərəcədə ifadə etdiyini söyləmək çox çətindir. Əgər söhbət problemin 5 rayonun azad edilməsi, digərləri ilə bağlı məsələlərin isə yol xəritəsində öz əksini tapmadan "həllindən” gedirsə, həmçinin bunun qarşılığında Rusiya regionda öz mövqelərini daha da möhkəmləndirmək üçün əlverişli imkanlar və Ermənistan da müəyyən iqtisadi dividendlər əldə edəcəksə, bu həll deyil, indikindən daha ağır şərtlər altında əzilməklə barışmaqdır. Mən Azərbaycan hökumətinin milli maraqlarınıza ziddi olan, ərazi bütövlüyümüzü şübhə altına alan hər hansı bir anlaşmaya qol qoya biləcəyini tamamilə istisna edirəm.
 
Həmçinin hesab edirəm ki, ölkəmizin bəzi KİV-ləri də Rusiyanın və Ermənistanın təxribat xarakterli məlumatlarını Azərbaycanın ictimai rəyinə təqdim edilməsi kimi yanlış və təhlükəli istiqamətdən imtina etməlidirlər. "Putin Qarabağı qaytarır”, "Rusiya Ermənistanı geri çəkilməyə məcbur edəcək” və s. bu kimi Rusiya prezidentinin, Moskvanın imicinin, fövqəlgüc statusunun təbliğinə xidmət edən təqdimatlardan əl çəkmək lazımdır. Oxucu cəlb etmək üçün Qarabağ məsələsində Azərbaycanın ictimai rəyinin bölünməsinə xidmət edən təqdimatlar çox yanlış, zərərli yoldur. "Putin planı” deyilən və münaqişənin həllinə xidmət edən heç bir plan yoxdur. Ortalıqda icrasını gözləyən BMT qətnamələri var. Rusiya da bu qətnamələrə səs verib. Çalışmaq lazımdır ki, bu qətnamələrin icrası adıçəkilən sənədlərdə qeyd olunduğu kimi qeyd-şərtsiz həyata keçirilisin.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Siyasət 19:07
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Azərbaycan və Türkiyə yeni 110-bəndlik fəaliyyət planını təsdiqləyəcək – Baş nazir
Siyasət 16:39
Azərbaycan və Türkiyə yeni 110-bəndlik fəaliyyət planını təsdiqləyəcək – Baş nazir
İki kollecə yeni təyinat olub
Siyasət 15:30
İki kollecə yeni təyinat olub
2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan olundu- Sərəncam
Siyasət 13:16
2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan olundu- Sərəncam
Cevdet Yılmaz Azərbaycana gəlib
Siyasət 12:43
Cevdet Yılmaz Azərbaycana gəlib
ABŞ onlarla ölkədən səfirlərini geri çağırır, siyahıda Ermənistan da var
Siyasət 09:24
ABŞ onlarla ölkədən səfirlərini geri çağırır, siyahıda Ermənistan da var
İlham Əliyev MDB-nin Sankt-Peterburqdakı qeyri-rəsmi sammitində iştirak etməyəcək
Siyasət 09:19
İlham Əliyev MDB-nin Sankt-Peterburqdakı qeyri-rəsmi sammitində iştirak etməyəcək
Paşinyan İlham Əliyevə təşəkkür edib
Siyasət 21:30
Paşinyan İlham Əliyevə təşəkkür edib
Qurbanqulu Berdiməhəmmədov İlham Əliyevi təbrik edib
Siyasət 19:29
Qurbanqulu Berdiməhəmmədov İlham Əliyevi təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol