• $ 1.7
  • € 1.94
  • ₽ 0.021438
  • ₺ 0.0432
  • £ 2.3031

Yol Polisi bu vəzifəyə vakansiya elan edir

Yol Polisi bu vəzifəyə vakansiya elan edir
23.11.2017 13:44
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi yol patrul xidməti inspektoru vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.

İdarədən Trend-ə verilən məlumata görə, müsabiqədə avtomobil nəqliyyatına aid orta-ixtisas və ya ali təhsilli, kompüterlə işləmək bacarığı, sürücülük vəsiqəsi olan, habelə sürücü kimi 3 il əmək stajına malik, yaşı 20-dən aşağı, 25-dən yuxarı olmayan, boyu 180 santimetr və daha yüksək, idman cüssəli, həqiqi-hərbi xidməti tam başa vurmuş, özü və yaxın qohumu məhkum olunmamış, yalnız Bakı şəhərində yaşayış yeri üzrə qeydiyyatda olan vətəndaşlar iştirak edə bilərlər.

Həmçinin, müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi, fiziki hazırlıq səviyyəsi, yol hərəkəti qaydaları üzrə nəzəri bilikləri və sürücülük vərdişləri müəyyən olunmuş qaydada yoxlanılacaq, xarici dil bilən və dövlət təhsil müəssisələrində ali təhsil almış namizədlərə üstünlük veriləcək.

Müsabiqədə iştirak etmək istəyən şəxslər 2017-ci ilin dekabr ayının 10-dək hər gün (istirahət günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək BPİ-nin Dövlət Yol Polisi İdarəsinin inzibati binasında (Bakı şəhəri, Badamdar qəsəbəsi, M.Müşfiq küçəsi, kənar dairəvi yolun kəsişməsi) müraciət edərək aşağıdakı sənədləri təqdim etməlidirlər:

- Şəxsiyyət vəsiqəsi

- Təhsil haqqında sənədin əsli

- Hərbi bilet (kişilər üçün)

- əmək kitabçası (olanlar üçün)

- sürücülük vəsiqəsi

- kompyuterdə işləmək bacarığını təsdiq edən sənəd (sertifikat və s.)

Əlavə məlumat üçün əlaqə telefonları: (012) 590 21 65, (012) 590 21 66

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ADY bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərir
Cəmiyyət 20:10
ADY bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərir
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:51
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Göygöldə qəza olub,maşın su kanalına düşüb
Cəmiyyət 16:45
Göygöldə qəza olub,maşın su kanalına düşüb
Tovuzda oğul anasını balta ilə öldürüb, bacısını isə yaralayıb - Yenilənib
Cəmiyyət 16:10
Tovuzda oğul anasını balta ilə öldürüb, bacısını isə yaralayıb - Yenilənib
Bakıda bu parkinqlərdə qiymətlər artırılıb - Video
Cəmiyyət 14:26
Bakıda bu parkinqlərdə qiymətlər artırılıb - Video
Goranboyda minik maşını dəmir arakəsməyə çırpılıb
Cəmiyyət 14:25
Goranboyda minik maşını dəmir arakəsməyə çırpılıb
"Azərsun Holdinq" Qurban bayramında minlərlə ailəyə bayram sovqatı hədiyyə edib
Cəmiyyət 12:54
"Azərsun Holdinq" Qurban bayramında minlərlə ailəyə bayram sovqatı hədiyyə edib
Ermənistanın Azərbaycanla sərhəd bölgəsində iki nəfər itkin düşüb
Cəmiyyət 12:41
Ermənistanın Azərbaycanla sərhəd bölgəsində iki nəfər itkin düşüb
Sabahın haba proqnozu
Cəmiyyət 12:20
Sabahın haba proqnozu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol