• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02128
  • ₺ 0.0397
  • £ 2.2735

Lavrovun qapalı Qarabağ görüşünün detalları

Lavrovun qapalı Qarabağ görüşünün detalları
23.11.2017 14:51
Azərbaycana və Ermənistana Rusiyanın xarici işlər naziri Sergey Lavrovun rəsmi səfəri artıq qurtardı, ancaq bizim cəmiyyətimizdə səbəblərin coşğun müzakirəsi davam edir. Ən əsas da Yerevana Rusiya diplomatiyasının başçısının gəlişinin nəticələri müzkirə olunur..

Rusiya xarici işlər naziri Sergey Lavrov əvvəlcə Bakıya, daha sonra İrəvana səfər etdi. Səfər başa çatsa da, Lavrovun gəlişinin məqsədinin nə olduğu əsas müzakirə mövzusuna çevrilib.

Publika.az xəbər verir ki, Ermənistan mediası Lavrovun İrəvan səfərinin məqsədinin Qarabağ ətrafındakı rayonların Azərbaycana qaytarılması olduğunu yazır.

Erməni siyasi şərhçi Viqen Petrosyan yazır ki, Rusiya Ermənistandan Qarabağ ətrafındakı rayonların bir neçəsini azad etməyi istəyir.

"Lakin vəziyyət daha mürəkkəb və kədərlidir, təbii ki, Ermənistan üçün. Nazirlər Kabineti və Prezident Aparatındakı mənbələrimiz Lavrovun İrəvan səfərinin bəzi detallarını açdı. Onların dediklərinə görə, Lavrov və Sarkisyan arasında bağlı qapılar arxasında keçirilən görüşdə müzakirələr olduqca gərgin olub. Məsələ ondadır ki, Moskva Avrasiya İqtisadi İttifaqının iki üzvü – Qazaxıstan və Qırğızıstan arasında münaqişənin nəticəsində ittifaqın reytinqinin sürətlə düşməsindən narahatdır. Putin bu ittifaqa böyük güc sərf edib, buna görə də Astana və Bişkekin mübahisələrinin ümumi imicə zərər verməsini qəbul etmir. Xüsusilə bunun Rusiyada prezident seçkiləri ərəfəsində baş verməsi qəbuledilməzdir. İttifaqın imicinin yüksəldilməsi üçün Rusiya Azərbaycanın Avrasiya İqtisadi İttifaqına qəbul edilməsi variantı üzərində düşünür. Bakı bunun qarşılığında öz şərtlərini irəli sürdü: "Biz işğal edilmiş Qarabağ ətrafındakı rayonlardan ilkin olaraq, beşinin azad edilməyəcəyi təqdirdə ittifaqa giriş haqda düşünə bilmərik”.
Bakının ilkin şərti budur. Lavrov Bakıda Azərbaycan prezidenti ilə görüşəndən sonra Kremlə zəng etdi və böyük ehtimalla bu şərtlərlə razılaşdılar. Kremldən dəqiq göstərişlər alan Lavrov İrəvana gəldi və Sarkisyanla ağır danışıqlar aparıldı. İttifaqa hansısa ölkənin daxil edilməsi yalnız bütün üzv ölkələrin razılığı ilə mümkündür. Lavrov qapalı görüşdə Sarkisyana Azərbaycanın ittifaqa üzv olmasına razılıq verməyi və bunun baş tutması üçün rayonların azad edilməsi haqda Kremlin ultimatumunu çatdırdı”, - deyə V.Petrosyanın mənbələri qeyd edirlər.

Mənbələr həmçinin qeyd edirlər ki, Lavrov Sarkisyandan noyabrın 24-də Avropa İttifaqı ilə saziş imzalamaqdan imtina etməyi tələb etdi:
"Lavrov Sarkisyana bildirdi ki, Kreml Qarabağ ətrafındakı rayonların beşini yox, iki, yaxud üçünü qaytara da bilər. Yalnız o şərtlə ki, Ermənistan Avropa İttifaqı ilə sazişdən imtina etsin. Sarkisyanın etirazları heç bir işə yaramadı. Onun Lavrovla görüşdən sonra qızarmış üzü də hər şeyi nümayiş etdirirdi”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Siyasət 19:07
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Azərbaycan və Türkiyə yeni 110-bəndlik fəaliyyət planını təsdiqləyəcək – Baş nazir
Siyasət 16:39
Azərbaycan və Türkiyə yeni 110-bəndlik fəaliyyət planını təsdiqləyəcək – Baş nazir
İki kollecə yeni təyinat olub
Siyasət 15:30
İki kollecə yeni təyinat olub
2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan olundu- Sərəncam
Siyasət 13:16
2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan olundu- Sərəncam
Cevdet Yılmaz Azərbaycana gəlib
Siyasət 12:43
Cevdet Yılmaz Azərbaycana gəlib
ABŞ onlarla ölkədən səfirlərini geri çağırır, siyahıda Ermənistan da var
Siyasət 09:24
ABŞ onlarla ölkədən səfirlərini geri çağırır, siyahıda Ermənistan da var
İlham Əliyev MDB-nin Sankt-Peterburqdakı qeyri-rəsmi sammitində iştirak etməyəcək
Siyasət 09:19
İlham Əliyev MDB-nin Sankt-Peterburqdakı qeyri-rəsmi sammitində iştirak etməyəcək
Paşinyan İlham Əliyevə təşəkkür edib
Siyasət 21:30
Paşinyan İlham Əliyevə təşəkkür edib
Qurbanqulu Berdiməhəmmədov İlham Əliyevi təbrik edib
Siyasət 19:29
Qurbanqulu Berdiməhəmmədov İlham Əliyevi təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol