• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02128
  • ₺ 0.0397
  • £ 2.2735

İlham Əliyev NATO-da

İlham Əliyev NATO-da
23.11.2017 22:05
Belçika Krallığında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də NATO-nun baş katibi Yens Stoltenberqin dəvəti ilə Alyansın mənzil-qərargahına gəlib.

Axar.az xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq dövlətimizin başçısı İlham Əliyevi qarşıladı.

Daha sonra Azərbaycan Prezidenti İlham Əliyevin və NATO-nun baş katibi Yens Stoltenberqin görüşü oldu.

Görüşdə Azərbaycan ilə NATO arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi. NATO-nun baş katibi Yens Stoltenberq ölkəmizin qurumun Kosovo və Əfqanıstandakı sülhməramlı missiyalardakı iştirakını yüksək qiymətləndirdi. NATO-nun baş katibi Azərbaycanın Əfqanıstana verdiyi dəstəyə görə minnətdarlığını bildirdi. O vurğuladı ki, Azərbaycanın Əfqanıstana yardımı genişləndirmək planı bu ölkənin iqtisadi inkişafına töhfəsini verə bilər.

Prezident İlham Əliyev NATO ilə əlaqələrimizin genişlənməsindən məmnunluğunu bildirdi. Vurğuladı ki, Azərbaycan Əfqanıstanda sülhməramlı əməliyyatlarda və bu ölkənin iqtisadiyyatının yenidən qurulmasında fəal iştirak edir.

Söhbət zamanı Azərbaycanın Ceyrançöl ərazisində NATO-nun minatəmizləmə əməliyyatlarına verdiyi dəstəkdən məmnunluq ifadə olundu. Əfqanıstana daşınan yüklər baxımından Azərbaycanın tranzit ölkə kimi əhəmiyyəti vurğulandı.

Görüşdə qeyd edildi ki, Azərbaycan ilə Avropa İttifaqı arasında uğurlu əməkdaşlıq həyata keçirilir.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə fikir mübadiləsi aparıldı, danışıqların hazırkı vəziyyəti və perspektivləri barədə məlumat verildi.

Regional məsələlərin də müzakirə olunduğu görüşdə Prezident İlham Əliyev NATO-nun baş katibi Yens Stoltenberqi ölkəmizə səfərə dəvət etdi. NATO-nun baş katibi səfəri minnətdarlıqla qəbul etdi.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Hələ danışmaq tezdir -  Əliyev İranla əlaqələr barədə
Siyasət 22:53
Hələ danışmaq tezdir - Əliyev İranla əlaqələr barədə
Qırmızı Xaç Qarabağ separatçılarını ziyarət edib
Siyasət 16:38
Qırmızı Xaç Qarabağ separatçılarını ziyarət edib
Pezeşkian Bakıya gələcək
Siyasət 17:28
Pezeşkian Bakıya gələcək
Azərbaycan Prokurorluğunda yeni təyinatlar
Siyasət 14:18
Azərbaycan Prokurorluğunda yeni təyinatlar
 Əliyev və Paşinyan BRICS+ iclası zamanı danışıblar- VIDEO
Siyasət 13:55
Əliyev və Paşinyan BRICS+ iclası zamanı danışıblar- VIDEO
ABŞ Azərbaycanı bu il sülh müqaviləsi bağlamağa çağırıb
Siyasət 14:14
ABŞ Azərbaycanı bu il sülh müqaviləsi bağlamağa çağırıb
Azərbaycan İrandakı səfirini yenidən geri çağıra bilər
Siyasət 13:19
Azərbaycan İrandakı səfirini yenidən geri çağıra bilər
Ermənistanın COP-29 iştirakı barədə danışmaq hələ tezdir
Siyasət 14:23
Ermənistanın COP-29 iştirakı barədə danışmaq hələ tezdir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol