• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02128
  • ₺ 0.0397
  • £ 2.2735

BP kənd təsərrüfatı üzrə peşə təhsilinə dəstək verdi

BP kənd təsərrüfatı üzrə peşə təhsilinə dəstək verdi
24.11.2017 14:43
"Azərbaycanda kənd təsərrüfatı üzrə peşə təhsilinə dəstək Azəri-Çıraq-Günəşli, Şahdəniz, Bakı-Tbilisi-Ceyhan neft ixrac boru kəməri və Cənubi Qafqaz Boru Kəməri layihələrinin əməliyyatçısı olan BP şirkəti həmin layihələrdəki tərəfdaşlarının adından 2016-cı ilin sentyabr ayında Təhsil Nazirliyi ilə tərəfdaşlıq çərçivəsində başlanılmış "Kənd təsərrüfatı üzrə peşə təhsili: Yeni ixtisarların yaradılması” layihəsinin nəticələrini elan etməkdən məmnunluq duyur", bunu  BP Azərbaycan şirkətinin bu gün keçirdiyi təqdimatda şirkətin vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.
 
Layihənin məqsədi Azərbaycanda kənd təsərrüfatı üzrə peşə təhsilinin gücləndirilməsinə dəstək olmaq və beləliklə də ölkənin kənd təsərrüfatı sektorunda səmərəliliyi artırmaq planlarına töhfə vermək olub. "British Council” təşkilatı tərəfindən yerinə yetirilmiş bu layihə nəticəsində aşağıdakı sahələr üzrə 12 təlim modulu üçün dərsliklər, tədris materialları və təlim metodologiyası hazırlanıb:
 
• bağçılıq (3 modul: bitkilər və onlardan istifadə; əkin və qulluq/təsərrüfat işləri; torpaq və substratlar);
 
 
• bitkiçilik (5 modul: taxılın yetişdirilməsi; meyvəçilik; qarğıdalının yetişdirilməsi; meyvəköklülərin yetişdirilməsi; pambığın yetişdirilməsi);
 
 
• kənd təsərrüfatı texnikası/aqro-xidmətlər (4 modul: maşınmexanizmlərə texniki xidmət; maşın-mexanizmlərin təmiri; kənd təsərrüfatı texnikasından istifadə; kənd təsərrüfatı texnikası ilə işlərin tamamlanması) Layihə nəticəsində Azərbaycan Dövlət Aqrar Universitetindən və müxtəlif peşə məktəblərindən olan qırx yerli ekspert və təlimçi modulların hazırlanması və modullu tədris metodları üzrə təlim alıb. Layihənin müvəffəqiyyətli olmasından həvəslənərək və maliyyə resurslarının düzgün idarə olunması nəticəsində qənaət edilmiş vəsaitlərdən, habelə layihə sponsorlarının ayırdığı əlavə maliyyə vəsaitlərindən istifadə edərək BP və tərəfdaşları aşağıdakı sahələr üzrə əlavə 7 modul üçün dərsliklər, tədris materialları və təlim metodologiyası hazırlamaq məqsədilə mövcud müqaviləyə düzəliş ediblər: 

• Tərəvəzçilik (3 modul: meyvəli tərəvəzlər; yarpaqlı və meyvəköklü tərəvəzlər (bostanda becərilmə); xüsusi bitkilər, çay və dərman bitkiləri)
 
 
• Meyvəçilik (4 modul: almakimilər; çəyirdəkli meyvələr; giləmeyvələr; yabanı meyvələr və qozkimilər) Layihənin bu növbəti mərhələsi 2018-ci ilin iyun ayında tamamlanacaq. Buna görə də, 461.000 AZN təşkil edən yekun büdcə (358.000AZN ilkin büdcə üstəgəl əlavə 103.000AZN) çərçivəsində 19 modul üçün dərsliklər, tədris materialları və təlim metodologiyası hazırlanacaq və yuxarıda qeyd edilmiş sahələr üzrə 40 nəfər ekspert və təlimçi yetişdiriləcək. 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
İqtisadiyyat 17:24
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
DSX və FHN-də hərbi qulluqçuların maaşları artırılıb
İqtisadiyyat 17:39
DSX və FHN-də hərbi qulluqçuların maaşları artırılıb
Qazaxıstan Almaniyaya 1,2 milyon ton neft ixrac etməyi planlaşdırır
İqtisadiyyat 17:24
Qazaxıstan Almaniyaya 1,2 milyon ton neft ixrac etməyi planlaşdırır
Ötən il əsas kapitala yatırılan investisiyaların həcmi azalıb
İqtisadiyyat 16:08
Ötən il əsas kapitala yatırılan investisiyaların həcmi azalıb
2024-cü ildə ÜDM-in həcmi 4,1% artıb
İqtisadiyyat 12:45
2024-cü ildə ÜDM-in həcmi 4,1% artıb
STEAS uğurun təminatı — zamanın tələblərinə  cavab verən marketinq - TƏHLİL
İqtisadiyyat 09:03
STEAS uğurun təminatı — zamanın tələblərinə cavab verən marketinq - TƏHLİL
Britaniyada yerli anbarlarda cəmi bir həftəlik qaz qalıb
İqtisadiyyat 16:33
Britaniyada yerli anbarlarda cəmi bir həftəlik qaz qalıb
Azərbaycanda kreditlərlə bağlı yenilik: Sosial şəbəkələrdə fəaliyyət də izlənəcək
İqtisadiyyat 14:35
Azərbaycanda kreditlərlə bağlı yenilik: Sosial şəbəkələrdə fəaliyyət də izlənəcək
Azərbaycan qazını alan ölkələrin coğrafiyası genişlənib  - İlham Əliyev
İqtisadiyyat 23:06
Azərbaycan qazını alan ölkələrin coğrafiyası genişlənib - İlham Əliyev
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol