• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02128
  • ₺ 0.0397
  • £ 2.2735

NATO Qarabağa niyə müdaxilə edə bilməz?

NATO Qarabağa niyə müdaxilə edə bilməz?
25.11.2017 09:35
Azərbaycan və Ermənistan NATO-nun üzvü deyil. Burada NATO-dan istifadə edərək, hər hansı hərbi əməliyyatların aparılması real görünmür.

Bu sözləri Axar.az-a politoloq Arzu Nağıyev NATO Baş katibi Yens Stoltenberqin Qarabağın hərbi həllinin mümkün olmaması ilə bağlı çıxışına münasibət bildirərkən deyib. O bildirib ki, onun çıxışında əsas məsələ ən mühüm müharibədən də sülhün yaxşı olmasından ibarətdir:

"Buna görə də o, Qarabağ münaqişəsinin həllinin sülh yolu ilə tənzimlənməsinin vacibliyini vurğulayıb. Dağlıq Qarabağ Azərbaycanın ərazisidir və burada hər hansı anti-terror əməliyyatı keçirmək Azərbaycanın öz öhdəsindədir. Bu nə NATO, nə də digər qurumların ixtiyarında olan məsələ deyil. Sadəcə olaraq, hazırda ATƏT-in Minsk Qrupunun həmsədrlərinə həvalə olunmuş bu münaqişənin sülh yolu ilə həll edilməsi üçün müvafiq addımlar atılır. Ona görə də NATO-nun baş katibi bu münaqişənin hərb yolunun mümkün olmadığını deyəndən sonra sülh istiqamətində atılacaq addımlara toxunub. Məlum məsələdir ki, NATO qoşunları nə Dağlıq Qarabağ ərazisinə girəsi, nə də Ermənistana təzyiq göstərəsi deyil”.

Politoloq qeyd edib ki, Azərbaycanın NATO ilə hərtərəfli əməkdaşlığı yüksək səviyyədə inkişaf etsə də, bu, əsasən Əfqanıstan, İraq və digər istiqamətlərdədir:

"Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə NATO-nun Baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında da bu haqda öz fikirlərini qeyd edib. Nəzərə almalıyıq ki, bizim ən yaxın tərəfdaşlarımızdan biri olan Türkiyə NATO-nun üzvüdür, amma o da Dağlıq Qarabağ ərazisinə hərbi müdaxilə edə bilməz. Stoltenberqin bu çıxışında da bütün bu faktlar nəzərə alınıb. Lakin bununla belə, Stoltenberq bütün sülhməramlı proseslərdə Azərbaycanla həmrəy və əməkdaşlıq etməyə hazır olduqlarını da vurğulayıb”.

Qeyd edək ki, NATO Baş katibi Yens Stoltenberq jurnalistlərə açıqlamasında Qarabağ konfliktinin NATO ölkələrində narahatlıq yaratdığını bildirib. Eyni zamanda, Stoltenberq Qarabağ konfliktinin hərbi yolla həllinin mümkün olmadığını da vurğulayıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Siyasət 19:07
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Azərbaycan və Türkiyə yeni 110-bəndlik fəaliyyət planını təsdiqləyəcək – Baş nazir
Siyasət 16:39
Azərbaycan və Türkiyə yeni 110-bəndlik fəaliyyət planını təsdiqləyəcək – Baş nazir
İki kollecə yeni təyinat olub
Siyasət 15:30
İki kollecə yeni təyinat olub
2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan olundu- Sərəncam
Siyasət 13:16
2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan olundu- Sərəncam
Cevdet Yılmaz Azərbaycana gəlib
Siyasət 12:43
Cevdet Yılmaz Azərbaycana gəlib
ABŞ onlarla ölkədən səfirlərini geri çağırır, siyahıda Ermənistan da var
Siyasət 09:24
ABŞ onlarla ölkədən səfirlərini geri çağırır, siyahıda Ermənistan da var
İlham Əliyev MDB-nin Sankt-Peterburqdakı qeyri-rəsmi sammitində iştirak etməyəcək
Siyasət 09:19
İlham Əliyev MDB-nin Sankt-Peterburqdakı qeyri-rəsmi sammitində iştirak etməyəcək
Paşinyan İlham Əliyevə təşəkkür edib
Siyasət 21:30
Paşinyan İlham Əliyevə təşəkkür edib
Qurbanqulu Berdiməhəmmədov İlham Əliyevi təbrik edib
Siyasət 19:29
Qurbanqulu Berdiməhəmmədov İlham Əliyevi təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol