• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02128
  • ₺ 0.0397
  • £ 2.2735

Ərdoğan ŞOK AÇIQLAMA

Ərdoğan ŞOK AÇIQLAMA
26.11.2017 10:17
"Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bölgəyə səfəri nəticə vermədi. Sergey Lavrov Bakıda və İrəvanda münaqişənin həllini sürətləndirəcək heç nə demədi. Tam əksinə söylədikləri münaqişənin həllinin uzanmasına xidmət edirdi".


Qaynarinfo xəbər verir ki, bu fikirlər "Atlas” Araşdırmalar Mərkəzinin analizində yer alıb. 


Mərkəz Rusiya Xarici İşlər naziri Sergey Lavrovun bir müddət öncə regiona səfərlərinin nəticəsiz qaldığını qeyd edib:


Birincisi, Sergey Lavrov işğal altındakı torpaqların boşaldılmasıyla bağlı BMT qətnamələri barədə Bakıda bunu dedi ki, bu istiqamətdə səyləri davam etdirmək lazımdır. Halbuki, BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının işğaldan azad olunmasıyla bağlı 1990-cı illərin əvvəllərində qəbul etdiyi 4 qətnamə yekdilliklə qəbul olunub və icrası məcburi xarakter daşıyır.


İkincisi, Sergey Lavrov İrəvanda dedi ki, münaqişənin həllini bəndlərə bölmək doğru deyil, problemin həllinə kompleks yanaşmaq lazımdır. Bu elə rəsmi İrəvanın mövqeyi ilə üst-üstə düşür. Onlar da münaqişənin həllinin paket həllini dəstəkləyirlər. Yəni Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması Dağlıq Qarabağda keçiriləcək referendumla əlaqələndirilir. Azərbaycan bu varianta razı deyil. Rəsmi Bakı münaqişənin həllində mərhələlilik prinsipini dəstəkləyir. Lavrov isə bu barədə bir kəlmə də demədi. Rusiyanın xarici işlər naziri Bakıdakı görüşləri sırasında bircə dəfə də "Azərbaycanın ərazi bütövlüyü” ifadəsini işlətmədi.


Rusiya siyasətçiləri eyni problemə fərqli prizmalardan yanaşırlar. Rusiya xarici işlər naziri Cənubi Qafqaz ölkələrinə səfər etdiyi günlərdə Rusiyanın Federasiya Şurasının spikeri Valentina Matbiyenko Serbiyada səfərdə idi. Matviyenko Serbiyanın prezidenti Aleksandr Vuçiçlə görüşündə dedi ki, Rusiya Kosovo məsələsində birmanlı olaraq Serbiyanın ərazi bütövlüyünü dəstəkləyir. Bununla Rusiya separatizm məsələsində Serbiya ilə Azərbaycan arasında fərq qoyduğunu göstərdi.


Sergey Lavrov Moskvaya qayıtdıqdan sonra erməni mətbuatında belə xəbərlər yayıldı ki, guya Moskva Dağlıq Qarabağ ətrafındakı 5 rayonun əvəzinə 2 və ya 3 rayonun boşaldılmasını istəyir. Bunun da adını qoyublar "Putin planı”. Əslində nə "Lavrov planı”, nə də "Putin planı” mövcuddur. Sadəcə, Rusiya rəsmilərinin münaqişənin həlliylə bağlı parça-parça şəklində müəyyən təklifləri var. Bu təkliflər isə Azərbaycanın maraqlarına cavab vermir.

Bu arada, Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğanikinci dəfə eyni cümləni təkrarladı: "Dağlıq Qarabağ münaqişəsinin həlli Vladimir Putindən asılıdır”. Ərdoğan bununla hamıya iki mesaj göndərir.


Birinci mesajın əhəmiyyəti odur ki, Putin istəsə münaqişəni həll edə bilər, sadəcə indiki mərhələdə Kremlı sahibinin bu münaqişəni həll etməyə marağı yoxdur.


İkinci mesajın əhəmiyyəti isə odur ki, münaqişə və onun həlli Rusiyanın tam nəzarəti altındadır, ATƏT və Minsk Qrupu, o cümlədən Türkiyə təkbaşına heç nə edə bilməz.


Beləliklə, Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafında son günlər intensivləşən səfərlər və danışıqlar heç bir nəticə vermədi. Bu vəziyyət Azərbaycanı qane etmir. Bu o deməkdir ki, cəbhə bölgəsində gərginlik azalmayacaq. Tam əksinə, Azərbaycan ordusunun snayperləri və kəşfiyyat qrupları işğal altındakı torpaqlarda yerləşən postları neytrallaşdırmaqda davam edəcəklər. Böyük dövlətlər bölgədə müharibə imkanlarının qarşısını almağa çalışsalar da, Azərbaycan ordusunun işğalçı ordunun itkisinin artmasına mane olmurlar, mane ola da bilməzlər. Hazırki mərhələdə əsas məqsəd işğalçı dövlətin resruslarını zəiflətməkdir. Bu elə belə də davam edəcək".
 
Oxşar xəbərlər
Oxşar xəbərlər
Putin və Paşinyan Sankt-Peterburqda görüşüb
Dünya 18:32
Putin və Paşinyan Sankt-Peterburqda görüşüb
İŞİD liderlərindən biri saxlanılaraq Türkiyəyə gətirilib
Dünya 18:30
İŞİD liderlərindən biri saxlanılaraq Türkiyəyə gətirilib
Ukrayna Rusiyanın ən böyük neft terminallarından birinə hücum edib
Dünya 18:07
Ukrayna Rusiyanın ən böyük neft terminallarından birinə hücum edib
Səudiyyə Ərəbistanında edamların sayı ikinci ildir ardıcıl rekord səviyyəyə çatıb
Dünya 10:45
Səudiyyə Ərəbistanında edamların sayı ikinci ildir ardıcıl rekord səviyyəyə çatıb
Tramp 30-a yaxın ölkədən diplomatların geri çağırılmasına qərar verib
Dünya 10:39
Tramp 30-a yaxın ölkədən diplomatların geri çağırılmasına qərar verib
General-leytenant Fanil Sarvarov avtomobil partlayışında həlak olub
Dünya 10:20
General-leytenant Fanil Sarvarov avtomobil partlayışında həlak olub
ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirib
Dünya 20:28
ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirib
İsveçdə Rusiyanın konteyner gəmisi saxlanılıb
Dünya 19:00
İsveçdə Rusiyanın konteyner gəmisi saxlanılıb
İsrail Ordusu Livanın Yater şəhərinə aviazərbə endirib
Dünya 18:04
İsrail Ordusu Livanın Yater şəhərinə aviazərbə endirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol