• $
  • £

Putin razılıq verdi - yeni Azərbaycan diasporası yaranır

Putin razılıq verdi - yeni Azərbaycan diasporası yaranır
29.05.2020 08:14
Yeni təşkilat ÜAK-ın bazasında yaradılacaq

Rusiya Federasiyasında bu yaxınlarda ləğv edilmiş Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) yerinə yeni struktur yaradılır. İstiPress-in məluma tına görə, bu barədə virtualaz.org-un Moskva bürosuna ÜAK-ın Rusiya paytaxtı üzrə icraçı direktoru, Azərbaycan mədəniyyətinin dirçəlişi və inkişafı fondunun direktoru Şamil Tağıyev məlumat verib.

Ş.Tağıyev Rusiyanın regionlarından olan Azərbaycan icmaları rəhbərlərinin Ümumrusiya Azərbaycan Konqresinin prezidenti akademik Fazil Qurbanova məktub ünvanladıqlarını və ona yeni yaranacaq təşkilata rəhbərlik etməyi təklif etdiklərini təsdiqləyib: "Onu son qurultayda seçiblər. Amma, əlbəttə, yeni təşkilatı nəzərə alaraq, yeni qurultay olacaq, yeni seçkilər keçiriləcək. Ancaq səmimi deyəcəyəm, Fazil Qurbanova alternativ tapmaq çətindir. O, həyatının çox hissəsini Moskvada yaşamış nüfuzlu insandır. Ona görə də yeni təşkilat qarşısında diaspora başçısının seçimi ilə bağlı məsələ yalnız formal cəhətdən durur”.

Ş.Tağıyev qeyd edib ki, yeni təşkilat ÜAK-ın bazasında yaradılacaq. Amma ümid edir ki, yenilənmələr də olacaq: "Çalışacağıq ki, peşəkarları cəlb edək. Çünki diaspora ilə iş yalnız restoranlarda konsertlərin və ya tədbirlərin keçirilməsi deyil. Bu – qeyri-formal diplomatiyadır və bununla onu bilən insanlar  məşğul olmalıdır”.

Yeni təşkilatın necə adlanacağına gəlincə, Ş.Tağıyev bildirib ki, hələlik ad təsdiq edilməyib: "Amma "köhnə-yeni" rəhbərlik – onun tərəfdarıdır ki, əvvəlki ad-ÜAK saxlanılsın. Bu mümkündür, axı əvvəlki Ümumrusiya Azərbaycan Konqresi artıq mövcud deyil, deməli, ÜAK-ı hüquqi cəhətdən yenidən qeydiyyatdan keçirmək olar. Əgər təşkilat Ədliyyə Nazirliyi vasitəsilə qeydiyyatdan keçəcəksə, onda hər şey yaxşı olacaq”.

Qəti qərarın nə vaxt qəbul ediləcəyinə gəlincə, Ş.Tağıyev bir daha vurğulayıb ki, yeni təşkilatın yaradılması haqda qəti qərar artıq qəbul edilib: "Amma köhnə ÜAK-ın ləğvi ilə bağlı texniki detallar var. Ona görə də təşkilatın qeydiyyatı yarım ildən bir ilə qədər çəkə bilər. Axı bu, federal səviyyəli  strukturdur. Düşünürəm ki, hansısa nüansları Diasporla iş üzrə Azərbaycan Dövlət Komitəsi ilə də razılaşdırmaq lazım gələcək".

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
BƏƏ-nin İraqdakı konsulluğuna dron hücumu edilib
Dünya 19:28
BƏƏ-nin İraqdakı konsulluğuna dron hücumu edilib
Amsterdamda yəhudi məktəbində partlayış baş verib
Dünya 12:00
Amsterdamda yəhudi məktəbində partlayış baş verib
İrana qarşı əməliyyatda 13 amerikalı hərbçi ölüb
Dünya 09:55
İrana qarşı əməliyyatda 13 amerikalı hərbçi ölüb
Zelenski Parisdə Pəhləvi ilə görüşüb
Dünya 23:10
Zelenski Parisdə Pəhləvi ilə görüşüb
İsrail “Hizbullah”ın raket bölməsinin komandirlərini zərərsizləşdirib
Dünya 21:56
İsrail “Hizbullah”ın raket bölməsinin komandirlərini zərərsizləşdirib
SOCAR ilə İndoneziyanın dövlət neft şirkəti arasında əməkdaşlıq müzakirə edilib
Dünya 20:39
SOCAR ilə İndoneziyanın dövlət neft şirkəti arasında əməkdaşlıq müzakirə edilib
ABŞ Yaxın Şərqə hərbi qüvvələr göndərəcək
Dünya 19:35
ABŞ Yaxın Şərqə hərbi qüvvələr göndərəcək
«Нафтогаз Украины» отсудил у «Газпрома» 1,2 млрд
Dünya 18:40
«Нафтогаз Украины» отсудил у «Газпрома» 1,2 млрд
İlber Ortaylı vəfat edib
Dünya 17:00
İlber Ortaylı vəfat edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol