• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02128
  • ₺ 0.0397
  • £ 2.2735

İlham Əliyev Tərtər rayonuna səfərə gəlib - YENİLƏNİR

İlham Əliyev Tərtər rayonuna səfərə gəlib - YENİLƏNİR
28.11.2017 11:47
Noyabrın 28-də Azərbaycan Prezidenti İlham Əliyev Tərtər Tarix-Diyarşünaslıq Muzeyi üçün inşa olunan yeni binanın açılışında iştirak edib.

Dövlətimizin başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, Tərtər Tarix-Diyarşünaslıq Muzeyi 1982-ci ildə fəaliyyətə başlayıb və müxtəlif illərdə köhnə, uyğunlaşdırılmış binalarda yerləşdirilib. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında ötən il muzey üçün yeni binanın inşasına başlanılıb. Yüksək keyfiyyətlə aparılan tikinti işləri artıq başa çatdırılıb. İkimərtəbəli binada iki ekspozisiya zalı var. Bu zallarda "Təbiət”, "Arxeologiya”, "Qafqaz Albaniyası”, "Orta əsrlər”, "Misgərlik”, "XIX əsr”, "Azərbaycan milli geyimləri”, "Ənənəvi ev”, "Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan SSR dövrü”, "Azərbaycan müstəqillik dövrü”, "Qarabağ münaqişəsi” adlı bölmələr qurulub. Burada, həmçinin ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Tərtər rayonuna səfərlərini əks etdirən fotoguşələr yaradılıb.

Muzeydə ümumilikdə 2000 eksponat var ki, onlardan 250-si ekspozisiya zalında nümayış olunur. Bütün bunlar onu göstərir ki, ölkədə muzey işinin təşkilində əhəmiyyətli uğurlar qazanılıb. Gənc nəslin tarixi keçmişimizə maraq göstərməsini təmin etmək, onların vətənpərvərlik ruhunda tərbiyəsi baxımından muzeylərin böyük rolunu nəzərə alaraq bu sahədə tədbirlərin daha da gücləndirilməsinə xüsusi diqqət göstərilir. Bu məsələdə Tərtər Tarix-Diyarşünaslıq Muzeyi mühüm rol oynayır. Muzeydə 40 yerlik konfrans zalı, elmi araşdırmalar şöbəsi üçün otaq da yaradılıb.
 
 
________________ 
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 28-də Tərtər rayonuna səfərə gəlib.

Dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin Tərtər şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov son illər rayonda görülən işlər, həyata keçirilən layihələr barədə dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, rayonun sosial-iqtisadi göstəriciləri xeyli yaxşılaşıb, çoxlu sosial infrastruktur obyektləri tikilib, istehsal müəssisələri yaradılıb. Ulu öndər Heydər Əliyevin abidəsinin yerləşdiyi parkda son vaxtlar yenidənqurma və abadlıq işləri görülüb, əhalinin istirahəti üçün hər cür şərait yaradılıb, yaşıllıq zolağı genişləndirilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan və Türkiyə yeni 110-bəndlik fəaliyyət planını təsdiqləyəcək – Baş nazir
Siyasət 16:39
Azərbaycan və Türkiyə yeni 110-bəndlik fəaliyyət planını təsdiqləyəcək – Baş nazir
İki kollecə yeni təyinat olub
Siyasət 15:30
İki kollecə yeni təyinat olub
2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan olundu- Sərəncam
Siyasət 13:16
2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan olundu- Sərəncam
Cevdet Yılmaz Azərbaycana gəlib
Siyasət 12:43
Cevdet Yılmaz Azərbaycana gəlib
ABŞ onlarla ölkədən səfirlərini geri çağırır, siyahıda Ermənistan da var
Siyasət 09:24
ABŞ onlarla ölkədən səfirlərini geri çağırır, siyahıda Ermənistan da var
İlham Əliyev MDB-nin Sankt-Peterburqdakı qeyri-rəsmi sammitində iştirak etməyəcək
Siyasət 09:19
İlham Əliyev MDB-nin Sankt-Peterburqdakı qeyri-rəsmi sammitində iştirak etməyəcək
Paşinyan İlham Əliyevə təşəkkür edib
Siyasət 21:30
Paşinyan İlham Əliyevə təşəkkür edib
Qurbanqulu Berdiməhəmmədov İlham Əliyevi təbrik edib
Siyasət 19:29
Qurbanqulu Berdiməhəmmədov İlham Əliyevi təbrik edib
Əli Əsədov Monteneqro Baş nazirinin müavini ilə görüşüb
Siyasət 17:09
Əli Əsədov Monteneqro Baş nazirinin müavini ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol