• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02128
  • ₺ 0.0397
  • £ 2.2735

Ərdoğan: "Yaxın günlərdə Trampla yenə danışacağıq"

Ərdoğan:
28.11.2017 21:51
"Suriyada sülhün bərqərar edilməsi üçün işləri davam etdirəcəyik”.
 
APA-nın "Haber7”yə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan liderlik etdiyi Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında çıxışında deyib.
 
O bildirib ki, Soçidə gerçəkləşən üçtərəfli zirvə toplantısında çox mühüm, həlledici qərarlar qəbul edilib. R. T. Ərdoğan qeyd edib ki, üç ölkə - Rusiya, Türkiyə və İranın anlayış içində olması bu zirvənin ən mühüm nəticələri sırasındadır.
 
Ötən günlərdə ABŞ prezidenti Donald Trampla telefon danışığına toxunan Türkiyə dövlət başçısı bəyan edib ki, bu, uzun müddət sonra ABŞ-Türkiyə münasibətlərində ortaq məxrəcə gəlinən söhbət idi və yaxın günlərdə bu danışıqların davamı olacaq.
 
Misirdə məscidə hücum nəticəsində yüzlərlə müsəlmanın öldüyünü xatırladan R. T. Ərdoğan bir daha vurğulayıb ki, İŞİD terror təşkilatını islam dini ilə əlaqələndirmək mümkün deyil: "İŞİD-ə qoşulan, zehinlərini kirayəyə vermiş, ruhlarını qanla yumuş bu qatil qrupuna qarşı diqqətli olmalı və bölgədə ortaq mübarizə aparmalıyıq. Əvvəlcə terror təşkilatının qaynaqlarını ortaya çıxarmalıyıq”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Putin və Paşinyan Sankt-Peterburqda görüşüb
Dünya 18:32
Putin və Paşinyan Sankt-Peterburqda görüşüb
İŞİD liderlərindən biri saxlanılaraq Türkiyəyə gətirilib
Dünya 18:30
İŞİD liderlərindən biri saxlanılaraq Türkiyəyə gətirilib
Ukrayna Rusiyanın ən böyük neft terminallarından birinə hücum edib
Dünya 18:07
Ukrayna Rusiyanın ən böyük neft terminallarından birinə hücum edib
Səudiyyə Ərəbistanında edamların sayı ikinci ildir ardıcıl rekord səviyyəyə çatıb
Dünya 10:45
Səudiyyə Ərəbistanında edamların sayı ikinci ildir ardıcıl rekord səviyyəyə çatıb
Tramp 30-a yaxın ölkədən diplomatların geri çağırılmasına qərar verib
Dünya 10:39
Tramp 30-a yaxın ölkədən diplomatların geri çağırılmasına qərar verib
General-leytenant Fanil Sarvarov avtomobil partlayışında həlak olub
Dünya 10:20
General-leytenant Fanil Sarvarov avtomobil partlayışında həlak olub
ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirib
Dünya 20:28
ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirib
İsveçdə Rusiyanın konteyner gəmisi saxlanılıb
Dünya 19:00
İsveçdə Rusiyanın konteyner gəmisi saxlanılıb
İsrail Ordusu Livanın Yater şəhərinə aviazərbə endirib
Dünya 18:04
İsrail Ordusu Livanın Yater şəhərinə aviazərbə endirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol