• $
  • £

Rusiya səfiri vida açıqlaması yayıb

Rusiya səfiri vida açıqlaması yayıb
29.05.2020 05:29
"Mən təxminən 9 il əvvəl Azərbaycana aydın siyasi təlimatla - Azərbaycanla münasibətləri bütünlüklə möhkəmləndirmək məqsədilə gəldim".
 
APA-nın məlumatına görə, bu sözlər Rusiya prezidenti Vladimir Putinin sərəncamı ilə Azərbaycanda səfir vəzifəsindən azad edilən Vladimir Doroxinin yaydığı müraciətdə əksini tapıb. O bildirib ki, bu tapşırığı yerinə yetirmək çətin olmayıb: "Qarşımda qapılar açıq idi. Azərbaycan da, Rusiya kimi, əlaqələrin möhkəmlənməsinə çalışırdı. Ötən illər ərzində bir-birinin suverenliyinə tamamilə hörmət etmək, bir-birinin daxili işlərinə qarışmamaq və maraqların balansını qorumaq prinsipləri əsasında Rusiya-Azərbaycan tərəfdaşlığının genişlənməsi ilə nəticələnən bir sıra vacib tədbirlərin şahidi və iştirakçısı olmuşam. Biz bir-birimizi daha yaxşı anlamağı, keçmişdə münasibətlərimizdə olan yaxşı hər şeyi dəyərləndirməyi və zamanın yeni tələblərinə uyğun münasibətlər qurmağı öyrəndik. Rusiya-Azərbaycan əməkdaşlığının müsbət xarakterini milyonlarla insan öz üzərilərində hiss etdi”.
 
Səfir qeyd edib ki, Rusiya və Azərbaycan miqyas, mentalitet və mədəniyyət baxımından müxtəlif ölkələrdir: "Bir sıra məsələlərdə biz fərqli siyasi maraqlara malikik. Bununla yanaşı, münasibətlərimizi qaydasında aparmağa nail olmuşuq. İnanıram ki, qazanılmış bu təcrübə bütün çətinliklər və yeni çağırışlara baxmayaraq, gələcəkdə də iki ölkə və xalqın maraqları naminə istifadə olunacaq. Sizi əmin edirəm ki, Rusiya hər zaman buna çalışacaq. Çünki bizim cənub sərhədlərimizdə stabil, çiçəklənən Azərbaycan görməkdən başqa böyük marağımız yoxdur”. 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Amsterdamda yəhudi məktəbində partlayış baş verib
Dünya 12:00
Amsterdamda yəhudi məktəbində partlayış baş verib
İrana qarşı əməliyyatda 13 amerikalı hərbçi ölüb
Dünya 09:55
İrana qarşı əməliyyatda 13 amerikalı hərbçi ölüb
Zelenski Parisdə Pəhləvi ilə görüşüb
Dünya 23:10
Zelenski Parisdə Pəhləvi ilə görüşüb
İsrail “Hizbullah”ın raket bölməsinin komandirlərini zərərsizləşdirib
Dünya 21:56
İsrail “Hizbullah”ın raket bölməsinin komandirlərini zərərsizləşdirib
SOCAR ilə İndoneziyanın dövlət neft şirkəti arasında əməkdaşlıq müzakirə edilib
Dünya 20:39
SOCAR ilə İndoneziyanın dövlət neft şirkəti arasında əməkdaşlıq müzakirə edilib
ABŞ Yaxın Şərqə hərbi qüvvələr göndərəcək
Dünya 19:35
ABŞ Yaxın Şərqə hərbi qüvvələr göndərəcək
«Нафтогаз Украины» отсудил у «Газпрома» 1,2 млрд
Dünya 18:40
«Нафтогаз Украины» отсудил у «Газпрома» 1,2 млрд
İlber Ortaylı vəfat edib
Dünya 17:00
İlber Ortaylı vəfat edib
KİV: Türkiyə ABŞ-İran-İsrail müharibəsində tərəf olmayacaq
Dünya 16:15
KİV: Türkiyə ABŞ-İran-İsrail müharibəsində tərəf olmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol