• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02128
  • ₺ 0.0397
  • £ 2.2735

Rusiyanın Qarabağda erməniləri çox qorxudan hücumu

Rusiyanın Qarabağda erməniləri çox qorxudan hücumu
30.11.2017 16:21
Ermənistanın Avropa Birliyi ilə Şərq tərəfdaşlığı təşəbbüsü anlaşması imzalamasından sonra Rusiya telekanallarında  Ermənistana qarşı yönəlmiş verilişlər erməni KİV-lərini ciddi qorxuya salıb.

İstiPress-in araşdırmasına görə, demək olar ki, populyar erməni KİV-lərinin hamısı bu məsələyə diqqət yetirib. Ermənistanın populyar analitka  saytı "Lragir”də şərhçi Akop Badalyanın dərc etdirdiyi məqalədə Ermənistana qarşı ciddi iradların bildirildiyi telekanalların məhz Rusiyanın dövlət qurumlarına məxsus olduğu bildirilib.

Müəllifin bu telekanalların adını çəkməsi təsadüfi  deyil: Şərq tərəfdaşlığı təşəbbüsü anlaşması imzalamasından bir az qabaq "Krasnaya Zvezda” telekanalında Ermənistanda faşizm ideologiyasının yayılmasından, Hitlerin silaşdaşı Qaregin Njdeyə abidə qoyulmasından, hakim Respublika Partiyasının bir çox liderlərinin özlərini ari saymasından və Hitlerə simpatiya duymasından veriliş hazırlamışdı. Birinci Kanal isə Şərq tərəfdaşlığı təşəbbüsü anlaşması imzalamasından az sonra bu məsələni tok-şouda müzakirəyə çıxarmışdı və Ermənistan Rusiyaya düşmənçilik yolu tutmuş ölkə kimi təqdim edilmişdi. İmzalanmadan bir neçə gün sonra isə "NTV”də keçirilən bir tok-şouda verlişin aparıcısı Ermənistan lideri Serj Sarkisyanı təhqiramiz şəkildə "ərli ola-ola özünə sevgili axtaran gənc yelbeyin qız” adlandırmışdı.""Krasnaya Zvezda” Rusiya Müdafiə Nazirliyinə məxsusdur, Birinci Kanal dövlət mülkiyyətidir, "NTV” isə "Qazprom”undur”,- deyə Akop Badalyanın "Ermənistanın son hücumu" adlı məqaləsində vurğulanır.

Təbii ki, bu ermənlərin Avropa Birliyi ilə Şərq tərəfdaşlığı təşəbbüsü anlaşması imzalamasından aldıqları eyforiya həzzini elə də zəiflətmir.

Lomonosov adına Moskva Dövlət Universitetinin  beynəlxalq təhlükəsizlik kafedrasının dosenti Aleksey Fenenko "haqqin.az”a verdiyi müsahibəsində  bu eyforiyanın təsadüfən yaranmadığını bildirir:

"Bu ölkədə bütöv bir nəsil yetişib ki, özlərini Avropada görürlər. Ola bilər ki, orada hətta inqilab baş verəcək və Qərbpərəst qüvvələr hakimiyyətə gələcək. Ermənilərin fikri budur ki, onlar Avropa Birliyinin üzvü olsunlar, amma onları Türkiyədən və Azərbaycandan Rusiya müdafiə etsin”.

Bu fikir gürcü politoloq Kaxa Qoqolaşvili tərəfindən də vurğulanır: "Rusiya ilə Ermənistanın əməkdaşlığının əsasında Qarabağ problemi dayanır. Ermənistana Rusiyanın dəstəyi lazımdır, buna görə də Avrasiya İttifaqına daxil olub”,- deyə Qoqolaşvili "Lragir”ə verdiyi müsahibəsində bildirib.  

Əslində, Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın dediklərindən belə çıxır ki, bu əməkdaşlıq Birinci Qarabağ müharibəsinin gedişində yaranıb. Müharibəni uduzduqlarını və SSRİ-nin dağılması ərəfəsində (1987-1991-ci illərdə) Qorbaçovun açıq və gizli dəstəyindən yararlanaraq nəzarətə götürdükləri Azərbaycan ərazilərinin 70 fazini itirdiklərini görən Ermənistan rəhbərliyi yardım üçün Rusiya rəhbərliyinə  müraciət etmişdi. Bu müharibənin gedişini dəyişmişdi və Çeçenistandan Qarabağa gətirilən rus desantlar  Azərbaycan ordusunun əks-hücumunu dayandırmışdı, Dağlıq Qarabağa heç bir aidiyyəti olmayan və ermənilərin heç zaman yaşamadığı bir sıra rayonları da işğal edib Ermənistan ordusuna təhvil vermişdi.

Lakin Ter-Petrosyan bu il keçirilən parlament seçkilərində çıxış edərək Qarabağ müharibəsini dayandırmağa və Azərbaycanla sülh imzalmağa çağırmışdı. Onun sözlərinə görə, müharibə Ermənistanda səafalətə səbəb olub və gələcəkdə onun gətirəcəyi faciələr daha böyük olacaq.

Statistika və ekspert rəyləri bu fikirlərin doğurluğunu isbatlayır. Ermənistanın ciddi sosioloqlarından biri Aqaron Adibekyan dünən çıxış edərək faciəli rəqəmlər ortaya çıxarıb. Onun sözlərinə görə, Ermənistan ailələrinin 10 faizi hər axşam yatağa ac vəziyyətdə uzanırlar,  çünki normal qidalanmağa imkanları yoxdur. Rəsmi statistika ilə bu, 300 min adamın, yəni ölkədə qalmış hər 5 nəfərdən birinin aclıq keçirməsi deməkdir.  Ümumiyyətlə, statistika Ermənistanda 900 min adamın, yəni ölkədə real yaşayan 1,5 milyon adamın 60 faizinin yoxsulluq girdabında çabaladığını göstərir.

Belə çıxır ki, erməni cəmiyyəti iqtisadi vəziyyəti düzəltmək üçün Avropa Birliyindən yararlanmağa çalışırlar. Buraya Ermənistan mallarının Avropada sərbəst satışına icazə, investisiya imkanları və s. daxildir. Lakin Avropa Birliyi ilə bağlanan anlaşmanın iqtisadi məsələlərə dəxli yoxdur. Yəqin ki, Ermənistanın bu dəstəyi qazanması üçün Avrasiya İttifaqından və KTMT-dən çıxması lazım gələcək.     

Bax onda, Aleksey Fenenkonun dediyinə görə, Rusiya Ermənistanı Qarabağ dəstəyindən tam məhrum edəcək: "Onda Rusiya, sadəcə, öz hərbi bazasını Ermənistandan çıxaracaq,  İrəvanı Bakı və Ankara ilə təkbətək qoyacaq”,- deyə rus politoloq vurğulayıb.

Çingiz Rüstəmov 
İstiPress





www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan və Türkiyə yeni 110-bəndlik fəaliyyət planını təsdiqləyəcək – Baş nazir
Siyasət 16:39
Azərbaycan və Türkiyə yeni 110-bəndlik fəaliyyət planını təsdiqləyəcək – Baş nazir
İki kollecə yeni təyinat olub
Siyasət 15:30
İki kollecə yeni təyinat olub
2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan olundu- Sərəncam
Siyasət 13:16
2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan olundu- Sərəncam
Cevdet Yılmaz Azərbaycana gəlib
Siyasət 12:43
Cevdet Yılmaz Azərbaycana gəlib
ABŞ onlarla ölkədən səfirlərini geri çağırır, siyahıda Ermənistan da var
Siyasət 09:24
ABŞ onlarla ölkədən səfirlərini geri çağırır, siyahıda Ermənistan da var
İlham Əliyev MDB-nin Sankt-Peterburqdakı qeyri-rəsmi sammitində iştirak etməyəcək
Siyasət 09:19
İlham Əliyev MDB-nin Sankt-Peterburqdakı qeyri-rəsmi sammitində iştirak etməyəcək
Paşinyan İlham Əliyevə təşəkkür edib
Siyasət 21:30
Paşinyan İlham Əliyevə təşəkkür edib
Qurbanqulu Berdiməhəmmədov İlham Əliyevi təbrik edib
Siyasət 19:29
Qurbanqulu Berdiməhəmmədov İlham Əliyevi təbrik edib
Əli Əsədov Monteneqro Baş nazirinin müavini ilə görüşüb
Siyasət 17:09
Əli Əsədov Monteneqro Baş nazirinin müavini ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol