• $ 1.7
  • € 1.9559
  • ₽ 0.021627
  • ₺ 0.043
  • £ 2.2854

III Dünya müharibəsi xəbərdarlığı

III Dünya müharibəsi xəbərdarlığı
28.05.2020 18:13
ABŞ və Cənubi Koreyanın Koreya yarımadası ətrafında birgə hərbi təlimə başlaması regionda müharibəyə gətirib çıxara bilər.

Publika.az xəbər verir ki, bu haqda Koreya Xalq Demokratik Respublikası (KXDR) dövlət nəşri olan "Rodong Sinmun”un məqaləsində deyilir.

"Təlim açıq təxribatdır, hər an nüvə müharibəsinə gətirin çıxara bilər”, - nəşr xəbərdarlıq edib.

Qeyd edək ki, Vaşinqton və Seul 2017-ci ildə 20-yə qədər raket sınağı keçirən Şimali Koreyaya gözdağı vermək üçün genişmiqyaslı hərbi təlimə başlayıb.
 
200-dən çox təyyarə və 12 min hərbçinin iştirak etdiyi təlimə həmçinin nüvə başlıqları daşıya bilən B-1B strateji bombarmançıları və 6 ədəd gözəgörünməz "F-22” qırıcıları da cəlb olunub. "Vigilant ACE” adı altında keçirilən təlim 5 gün davam edəcək.

Cənubi Koreya Müdafiə Nazirliyinin bəyanatına görə, təlimin keçirilməsində əsas məqsəd rəsmi Vaşinqton və Seulun hərbi qüvvələrinin Şimali Koreya təxribatlarına qarşı gücünü nümayiş etdirməkdir.

Heç bir halda qonşuluğunda müharibənin olmasını istəməyən Moskva və Pekin isə sülh danışıqlarının başlanması üçün ABŞ-ın regional müttəfiqləri ilə birgə keçirdiyi hərbi təlimlərin dayandırılmasının vacib şərt olduğunu bildirir. Məsələn, Rusiya bir neçə gün əvvəl KXDR-in nüvə probleminin nizama salınması üzrə təqdim etdiyi mərhələli həll planında bu məqam əksini tapıb. Bu şərti bəzən "ikiqat dondurulma” (söhbət raket və nüvə sınaqları ilə eyni vaxtda ABŞ regional müttəfiqləri ilə keçirdiyi hərbi təlimlərin dayandırılmasından gedir –red.) adlandırırlar.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Lotu Quli”nin adamını tutdular - VİDEO
Dünya 12:32
“Lotu Quli”nin adamını tutdular - VİDEO
Gözəllik müsabiqəsində hicablı iştirakçı - FOTO
Dünya 12:02
Gözəllik müsabiqəsində hicablı iştirakçı - FOTO
Neft tankeri 21 nəfərlik heyyətlə yanır
Dünya 11:34
Neft tankeri 21 nəfərlik heyyətlə yanır
Azərbaycanlı qız erməni ilə VİDEO
Siyasət 11:20
Azərbaycanlı qız erməni ilə VİDEO
Putinin yeni limuzininin qiyməti məlum oldu
Dünya 11:06
Putinin yeni limuzininin qiyməti məlum oldu
Azərbaycanlı məşhur müğənni vəfat etdi
Dünya 10:54
Azərbaycanlı məşhur müğənni vəfat etdi
Azərbaycanlı blogerinin cazibədar sevgilisi - FOTOLAR
Dünya 10:48
Azərbaycanlı blogerinin cazibədar sevgilisi - FOTOLAR
Putin etiraf etdi:
Dünya 10:38
Putin etiraf etdi: "Sərnişin təyyarəsinin vurulması əmrini mən verdim!"
Rusiyada xalq ayağa qalxdı:
Dünya 10:24
Rusiyada xalq ayağa qalxdı: "İstefa" - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol