İt şəhərin mərkəzində azyaşlıya hücum etdi – VİDEO

Bakının mərkəzində sahibli it azyaşlıya hücum edib.
Anews.az xəbər verir ki, hadisə ilə əlaqədar video sosial şəbəkələrdə yayılıb.
Görüntülərə baxanda məlum olur ki, rotveller cinsli it 4-5 yaşlı azyaşlıya hücum edir, onu sürüyür. Qorxudan uşaq qışqıraraq vahiməyə düşüb.
Ətrafdakıların köməyi ilə iti uşaqdan uzaqlaşdırmaq mümkün olub.
Uşağın yaralı olub-olmaması ilə bağlı dəqiq məlumat yoxdur.
Qeyd edək ki, inzibati xətalar məcəlləsinin 126-ci madəsinə əsasən, şəhərlərdə və ya digər yaşayış məntəqələrində it, pişik və ya başqa ev heyvanlarının saxlanılması qaydalarının pozulmasına görə 200 manatadək miqdarda cərimə tətbiq edilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər