• $
  • £

KTMT ətraf rayonları Azərbaycana verir, Qarabağ isə…

KTMT ətraf rayonları Azərbaycana verir, Qarabağ isə…
29.05.2020 03:24
Rusiya Qarabağın böyük hissəsini Azərbaycanın Azərbaycanın nəzarətinə qaytaracaq.

İstiPress-in məlumatına görə, bu barədə tanınmış erməni analitik, Qarabağda seperatçı hərəkatın ilk liderlərindən biri olmuş İqor Muradyan "Lragir"də bu gün dərc olunmuş məqaləsində Rusiyanın  münaqişə həlli üzrə son qərarı barədə  bildirib.

"Bununla yanaşı, bu plan heç də Qarabağın Ermənistanın siyasi nəzarətinə verilməsini nəzərdə tutmur",- deyə  İqor Muradyan vurğulayıb.
İqor Muraydan tezliklə Dağlıq Qarabağ üzrə status-kvonun saxlanmasına xidmət edən Minsk qrupunun da tarixə qovuşacağını bildirib: "İş o yerə çatıb ki, Minsk qrupunun ləğvi və regional "sxodka" ilə əvəzlənməsi barədə təkliflər irəli sürülür. Yəni ABŞ-ın oyundan çıxarılması ilə bağlı Moskvanın növbəti sifarişi yerinə yetirilir",- deyə İqor Muradyan Rusiya prezidenti Vladimir Putinin yanında vətəndaş cəmiyyətinin inkişafı və insan haqları şurasının üzvü, tanınmış ictimai xadim Maksim Şevçenkounun Rusiyanın Birinci kanalında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı dediyi sözlərə işarə vurub.

Şevçenko Qarabağın Azərbaycan torpağı olduğunu və onun taleyinin İran, Türkiyə və Rusiya arasında gedən danışıqlar nəticəsində həll edilə biləcəyini vurğulayıb. Muradyanın fikrincə, Şevçenko belə fikirləri ictimaiyyətə çatdırmaqla Rusiya rəhbərliyinin, konkret olaraq Putinin sifarişini yerinə yetirir.

Maraqlıdır ki, bu fikir Dağlıq Qarabağın Azərbaycandan qoparılması üzrə hərəkatın bir çox keçmiş liderləri tərəfindən vurğulanır. Məsələn, bir vaxt işğal rejimin "xarici işlər naziri" işləmiş Arman Melikyan da KTMT-nin münaqişəni həlli ilə bağlı bağlı son bəyanatını bu cür dəyərləndirib.

Minsk toplantısında bəyanat verən KTMT Şurası münaqişənin həllində Madrid prinsiplərini dəstəklədiyini vurğulamışdı. "1in.am"a müsahibə verən Arman Melikyan bunu Ermənistanın Qarabağ üzərində nəzarəti itirməsi kimi dəyərləndirib. Onun fikrincə, bu, bir daha göstərir ki, "münaqişənin yeganə həqiqi həlli 8 min kvadratkilometrinin Azərbaycana qaytarılmasıdır".

Melikayan 8 min kvadrat kilometr dedikdə Dağlıq Qarabağ ətrafındakı torpaqlardan bəhs edir. Ümumiyyətlə, Ermənistan 12 min kvadrat kilometr Azərbaycan ərazisini işğal edib ki, bunun təxminən 4 min kilometri keçmiş Dağlıq Qarabağ ərazisidir.

Onun fikrincə, rəsmi Bakı bunun əvəzində ermənilərə yalnız keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisində özünü idarə etmə hüququ verəcək: "Bu da yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, yəni istisna olaraq müxtariyyət statusunda olacaq".

Yəni Melikyan demək istəyib ki, hər şey Azərbaycanın istədiyi kimi başa çatacaq.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Timor-Leste Prezidentinin Azərbaycana səfəri başa çatıb
Siyasət 22:43
Timor-Leste Prezidentinin Azərbaycana səfəri başa çatıb
Ceyhun Bayramov Hakan Fidanla telefon danışığı aparıb
Siyasət 20:06
Ceyhun Bayramov Hakan Fidanla telefon danışığı aparıb
Əli Əsədov Murat Kurumla görüşüb
Siyasət 18:30
Əli Əsədov Murat Kurumla görüşüb
Baş nazir deputatların qaldırdığı problemlərlə bağlı cavab verib
Siyasət 16:08
Baş nazir deputatların qaldırdığı problemlərlə bağlı cavab verib
Ceyhun Bayramov Tatyana Valova ilə görüşüb
Siyasət 13:01
Ceyhun Bayramov Tatyana Valova ilə görüşüb
Bu il Qarabağın bərpasına 3,5 milyard manat vəsait xərclənəcək
Siyasət 11:29
Bu il Qarabağın bərpasına 3,5 milyard manat vəsait xərclənəcək
Baş nazir quru sərhədlərdən danışıb
Siyasət 11:18
Baş nazir quru sərhədlərdən danışıb
Azərbaycan və İsveçrə XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Siyasət 23:16
Azərbaycan və İsveçrə XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Ceyhun Bayramov pakistanlı həmkarı ilə regiondakı prosesləri müzakirə edib
Siyasət 22:00
Ceyhun Bayramov pakistanlı həmkarı ilə regiondakı prosesləri müzakirə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol