• $ 1.7
  • € 1.9559
  • ₽ 0.021627
  • ₺ 0.043
  • £ 2.2854

Yeni nazir kollektivə təqdim olundu

Yeni nazir kollektivə təqdim olundu
28.05.2020 22:02
Azərbaycan Prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov yeni təyin olunmuş vergilər naziri Mikayıl Cabbarovu nazirliyin kollektivinə təqdim edib.

Anews.az Unikal.org-a istinadən xəbər verir ki, Natiq Əmirov yeni nazirin təyin olunması haqqında Prezidentin sərəncamını oxuyub, ona işlərində uğurlar arzulayıb.
 
Vergi sektorunun ölkə iqtisadiyyatında əhəmiyyətli rol oynadığını qeyd edərək, bu sahənin müasir çağırışlara uyğun şəkildə inkişafı ilə bağlı Prezident İlham Əliyevin qarşıya qoyduğu məqsədləri diqqətə çatdırıb, məsləhət və tövsiyələrini verib.
 
Yeni təyin olunmuş vergilər naziri Mikayıl Cabbarov çıxış edərək ölkə başçısının ona göstərdiyi yüksək etimada görə təşəkkürünü bildirib, qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirəcəyini qeyd edib.
 
Xatırladaq ki, Prezident İlham Əliyev dünən vergilər naziri Fazil Məmmədovu vəzifəsindən azad edib və onun yerinə təhsil naziri Mikayıl Cabbarovu təyin edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tələbə qəbulunda daha bir - Yenilik
Cəmiyyət 09:01
Tələbə qəbulunda daha bir - Yenilik
DİM-dən yeni tələbələrə - Xəbərdarlıq
Cəmiyyət 08:54
DİM-dən yeni tələbələrə - Xəbərdarlıq
Dəhşətli yanğında ölənlərlə bağlı yeni xəbər
Cəmiyyət 08:53
Dəhşətli yanğında ölənlərlə bağlı yeni xəbər
Dəhşətli yanğında ölən həkim tanınmış şəxsin qardaşıdır
Cəmiyyət 08:53
Dəhşətli yanğında ölən həkim tanınmış şəxsin qardaşıdır
Bu sürücülər 50 manat cərimə ediləcək - VİDEO
Cəmiyyət 08:46
Bu sürücülər 50 manat cərimə ediləcək - VİDEO
Bu şəxslər
Cəmiyyət 08:45
Bu şəxslər "Bakı Bus"a buraxılmır - Qadağa
Gələn həftə 2 gün iş olmayacaq
Cəmiyyət 08:36
Gələn həftə 2 gün iş olmayacaq
Səxsiyyət vəsiqələrində növbəti DƏYİŞİKLİK
Cəmiyyət 08:33
Səxsiyyət vəsiqələrində növbəti DƏYİŞİKLİK
İtkin alpinistlərlə bağlı - Yeni xəbər
Cəmiyyət 08:11
İtkin alpinistlərlə bağlı - Yeni xəbər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol