Hansi banklar yüksək faizlə əmanət qəbul edir? - SİYAHI

"Marja”nın apardığı araşdırma nəticəsində məlum oldu ki, yüksək faizlə (1 il müddətinə, 13% və daha yüksək faiz təklif edənlər) əmanət qəbul edən bir neçə bank qalıb. Həmin banklar, TuranBank, AtaBank, Dəmir Bank, MuğanBank, AGBank, AccessBank, NBC Bank və Bank Avrasiya-dır. Bu banklarda 1 il müddətinə, faizin götürülməsi şərtindən (aylıq, rüblük və ya müddətin sonunda) asılı olaraq 13-16,5%-lə əmanət yerləşdirə bilərsiniz. Qeyd edək ki, manat əmanətlərində sığorta faizi 15% təşkil edir.
Gələn ildən yüksək faizin olduğu bankların da faizləri aşağı salacağı gözlənilir. Bəlkə də, Dekabr ayı yüksək faizlə bankda əmanət yerləşdirmək üçün son aydır.
Yüksək əmanət faizlərinin olduğu bankların təklif etdiyi imkanlar fərqlidir. Bir bank əmanət yerləşdirənə hədiyyə verərkən, digər bank faiz qazancını əmanət yerləşdirən gün götürməyi təklif edir və s.
Bankı adı |
12 ay üçün faiz dərəcəsi |
Access Bank |
12,3-13% |
AFB Bank |
7% |
AGBank |
13-14% |
Amrahbank |
9-10% |
AtaBank |
15% |
Azər Türk Bank |
10,5-11% |
Azərbaycan Beynəlxalq Bankı |
9-10% |
Azərbaycan Sənaye Bankı |
12% |
Bank Avrasiya |
13% |
Bank of Baku |
12% |
Bank BTB |
11-12% |
Bank Respublika |
7-8% |
Bank Silk Way |
2% |
Bank VTB (Azərbaycan) |
11,4-12% |
DəmirBank |
13-15% |
Expressbank |
10-10,4% |
Günay Bank |
12% |
Kapital Bank |
8-8,5% |
Muğanbank |
15% |
Naxçıvanbank |
2-4% |
NBCBank |
13-14% |
Paşa Bank |
Min 30 min, Razılaşma ilə, |
Rabitəbank |
8-9% |
TuranBank |
16-16,5% |
Unibank |
9-10% |
Xalq Bank |
6% |
Yapı Kredi Bank Azərbaycan |
11% |
Ziraat Bank Azərbaycan |
9% |
www.anews.az