• $ 1.7
  • € 1.7876
  • ₽ 1.9209
  • ₺ 0.0467
  • £ 2.155

Rəsulzadənin məktubları ilk dəfə nəşr olundu

Rəsulzadənin məktubları ilk dəfə nəşr olundu
11.12.2017 16:32
           
M.Ə. Rəsulzadənin "Məktublar. Şəfibəyçilik” kitabı işıq üzü görmüşdür. Oxuculara təqdim olunan bu kitabda Azərbaycan Xalq Cümhuriyyətinin banisi olan M.Ə. Rəsulzadənin 50-yə yaxın məktubu, eləcə də onun 1934-cü ildə İstanbulda işıq üzü görmüş "Şəfibəyçilik” əsəri ilk dəfə olaraq latın qrafikası ilə Azərbaycan dilində nəşr edilir.
 
Həmin məktubların əksər hissəsi 1988-ci ildə diplomat və mühacirət tarixinin görkəmli tədqiqatçısı Ramiz Abutalıbov tərəfindən Parisdə aşkarlanaraq, Azərbaycana gətirilmişdir. Kitabın ikinci hissəsini təşkil edən  "Şəfibəyçilik” əsəri isə ötən əsrin 20-30-cu illərdə həm Azərbaycan siyasi mühacirəti, həm də "Müsavat” partiyası daxilində cərəyan prosesləri anlamaq baxımından çox qiymətli tarixi mənbədir.
           
Kitab Klubu tərəfindən nəşr edilmiş toplunun  tərtibçisi, ön sözün və izahların müəllifi tarix elmləri doktoru Aydın Balayevdir.
           
Kitab Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Moskvada fəaliyyət göstərən "Məmməd Əmin Rəsulzadə Məclisi” cəmiyyətinin dəstəyilə nəşr olunub.
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın Rusiyadakı səfiri Putin üçün mahnı ifa edib  -  VİDEO
Mədəniyyət 10:57
Azərbaycanın Rusiyadakı səfiri Putin üçün mahnı ifa edib - VİDEO
Vatikan Azərbaycanı Alban kilsəsinin beşiyi kimi tanımağa çağırıb
Mədəniyyət 16:08
Vatikan Azərbaycanı Alban kilsəsinin beşiyi kimi tanımağa çağırıb
Mədəniyyət Nazirliyinin sabiq əməkdaşı azadlığa buraxılıb
Mədəniyyət 17:09
Mədəniyyət Nazirliyinin sabiq əməkdaşı azadlığa buraxılıb
Qarabağ münaqişəsi ilə bağlı yeni filmin təqdimatı keçirilib
Mədəniyyət 19:18
Qarabağ münaqişəsi ilə bağlı yeni filmin təqdimatı keçirilib
Rəng həyatın sevincidir - SƏRGİDƏN REPORTAJ/FOTOLAR
Mədəniyyət 21:52
Rəng həyatın sevincidir - SƏRGİDƏN REPORTAJ/FOTOLAR
M.F.Axundov haqqında yeni kitab nəşr edilib
Mədəniyyət 09:50
M.F.Axundov haqqında yeni kitab nəşr edilib
Sara TV-nin rəhbəri uzun illərdən sonra müsahibə verdi - ÖZƏL
Cəmiyyət 07:20
Sara TV-nin rəhbəri uzun illərdən sonra müsahibə verdi - ÖZƏL
Azərbaycan Kinematoqrafçılar İttifaqına yeni sədr seçilib
Mədəniyyət 14:25
Azərbaycan Kinematoqrafçılar İttifaqına yeni sədr seçilib
Azərbaycanda ilk dəfə müstəqil teatrlar fəaliyyətə başladı
Mədəniyyət 17:42
Azərbaycanda ilk dəfə müstəqil teatrlar fəaliyyətə başladı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol