• $ 1.7
  • € 2.0162
  • ₽ 0.022434
  • ₺ 0.0392
  • £ 2.3224

Qurban Qurbanov millinin tərkibi barədə danışdı

Qurban Qurbanov millinin tərkibi barədə danışdı
11.12.2017 22:22
Azərbaycan Kuboku 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində "Sumqayıt” 2-1 məğlub edən "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib.
 
Təcrübəli mütəxəssisz matç haqda fikirlərini bildirib:

"Ağır oyun oldu. "Sumqayıt”ın bu matça yaxşı hazırlaşması hiss olunurdu. Hiss etdim ki, komanda yorulub, gücü tükənib. Futbolçularım son güclərini tapdılar və oyunda qələbə qazandılar. Buna görə onlara təşəkkür edirəm. Bu gün də futbolçular hiss etdilər ki, kubok matçı çempionat oyunundan fərqlənir. Cavab oyunu var. Təsəvvür edirəm ki, cavab oyunu bundan daha ağır olacaq. Ümid edirəmki daha yaxşı olacaq”.
 
- Buraxılan qol sizə səfərdə çətinlik yaradacaqmı?

- Buraxılan bir qol bizə çətinlik yaradacaq. Bu rəqibin üstünlüyüdür. "Sumqayıt” qol vurmağı bacaran komandadır. Öz meydanlarında daha yaxşı oynayırlar.

- Milli komanda haqda mətbuatda yazılan xəbərlər doğrudurmu?

- Əmin oldum ki, sizdən heç nə saxlamaq olmur. İşlər gedir. Dəyişikliklər gözlənilir. Sabah yox, o biri gün rəsmi açıqlamalar olacaq.

- Rəşad Sadıqovun karyerası bitirmə haqda söhbətiniz olubmu?

- Rəşad bir il də oynamaq istəyirdi. O bizə meydanda da lazımdır. Açığı, istərdik ki, meydanda olsun. İşin nə dərəcədə ağır olduğunu bildikdən sonra qərar veriləcək.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu yollar “Formula 1”ə görə bağlanır
İdman 14:29
Bu yollar “Formula 1”ə görə bağlanır
Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib - FOTOLAR
İdman 00:30
Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib - FOTOLAR
Azərbaycanlı idmançı Rusiyada həbs olunub
İdman 16:07
Azərbaycanlı idmançı Rusiyada həbs olunub
Azad edilmiş ərazilərdə yeni idman kompleksləri tikiləcək- PREZİDENT
İdman 14:16
Azad edilmiş ərazilərdə yeni idman kompleksləri tikiləcək- PREZİDENT
Bölgələrdə açıq havada idman meydançaları salınacaq - Prezident
İdman 13:45
Bölgələrdə açıq havada idman meydançaları salınacaq - Prezident
Argentina yarımfinala çıxdı  - YENILƏNİR
İdman 02:01
Argentina yarımfinala çıxdı - YENILƏNİR
Xorvatiya yarımfinala çıxıb - YENİLƏNİB+FOTOLAR
İdman 21:43
Xorvatiya yarımfinala çıxıb - YENİLƏNİB+FOTOLAR
Futbol üzrə Azərbaycan millisi Slovakiya yığması ilə qarşılaşıb
İdman 13:00
Futbol üzrə Azərbaycan millisi Slovakiya yığması ilə qarşılaşıb
İdman 06:55
"Qarabağ" "Viktoriya"ya 2-1 uduzdu və Çempionlar Liqasından çıxdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol