• $
  • £

İmereti regionunun qubernatoru biznes-forum və CEO Lunch Tbilisi-də iştirak edəcək

İmereti regionunun qubernatoru biznes-forum və CEO Lunch Tbilisi-də iştirak edəcək
29.05.2020 00:02
Gürcüstanın İmereti regionunun qubernatoru Givi Çiçinadze Caspian European Club çərçivəsində dekabrın 15-də Gürcüstanda keçiriləcək Azərbaycan-Gürcüstan biznes-forumunda və üçüncü CEO Lunch Tbilisi-də fəxri qonaq qismində iştirak edəcək.

Caspian European Club və Energy Georgia-nın fəaliyyətini yüksək qiymətləndirən Givi Çiçinadze İmereti regionunun Azərbaycan sahibkarları ilə sıx əməkdaşlıq etdiyini bildirib. "Caspian Energy Georgia-nın bizim regionda da analoji tədbir keçirəcəyinə inanırıq. Biz də öz növbəmizdə əməkdaşlığa hər zaman açıqıq və biznes tərəfindən irəli sürülmüş istənilən təklifi müzakirə etməyə hazırırq”, - deyə o qeyd edib.

Caspian European Club çərçivəsində keçiriləcək biznes-forumda Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli Səfiri Dursun Həsənov, Kvemo-Kartli regionunun qubernatoru Qriqol Nemzadze və İmereti regionunun qubernatoru Givi Çiçinadze iştirakçı şirkətlərin rəhbərləri ilə görüşlər keçirəcək və onları maraqlandıran bütün suallara cavab verəcəklər.

Caspian European Club-un sədrinin birinci müavini Telman Əliyev biznes-forumdan sonra ənənəvi CEO Lunc-ın keçiriləcəyini qeyd edib. CEO Lunch-da fəxri qonaq qismində Gürcüstan hökumətinin üzvlərinin iştirakı gözlənilir. Onun sözlərinə görə, http://www.caspianenergy.org/index.php/az/registration/item/133-azerbajdzhano-gruzinskij-biznes-forum linki üzrə dekabrın 14-dək foruma qeydiyyat açıqdır.

Telman Əliyev CEO Lunch-ın sponsoru PASHA Bank Georgia-nın rəhbərliyinə minnətdarlığını bildirib.

O həmçinin xatırladıb ki, birinci CEO Lunch Tbilisi Gürcüstanın Baş naziri Georgi Kvirikaşvilinin iştirakı ilə sentyabrın 29-da Gürcüstanda Caspian Energy Georgia-nın fəaliyyətinin rəsmi yenilənmə mərasimi çərçivəsində keçiriləcək.

Telman Əliyev xatırladıb ki, 2018-ci il martın 30-da Gürcüstan və Azərbaycan hökumətlərinin, həmçinin Caspian European Club-un dəstəyi ilə 5-ci Beynəlxalq "Caspian Energy Forum” təşkil olunacaq. Forumun açılışında Gürcüstanın Baş naziri Georgi Kvirikaşvilinin iştirakı planlaşdırılır.

Gürcüstan və Azərbaycanın dövlət və özəl sektoru arasında dialoqun qurulmasında aparıcı rol oynayan CEO Lunch Tbilisi həmçinin qeyri-rəsmi şəraitdə ünsiyyət və yeni işgüzar əlaqələr üçün əlavə imkanlar yaradır.

Telman Əliyev qeyd edib ki, Caspian European Club və Caspian American Club CEİBC şirkətlərinin top-menecerlərinin iştirakı ilə hər ayın üçüncü çərşənbə günü Bakıda, hər ayın sonuncu cümə günü Tbilisidə CEO Lunch keçirir.

Caspian European Club 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regiounda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyilə yaradılıb. Caspian European Club və Caspian American Club-un Sədri Azərbaycan Respublikası Prezidenti İlham Əliyevdir.

Yarandığı ilk gündən Caspian European Club neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsinə imkan yaradır. Sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club dünyanın 70 ölkəsində fəaliyyət göstərir, dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi istiqamətində fəal iş aparır.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avtobuslarda yeni qiymətlər müəyyənləşdi- CƏDVƏL
İqtisadiyyat 17:34
Avtobuslarda yeni qiymətlər müəyyənləşdi- CƏDVƏL
Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə6%-dək endirim
İqtisadiyyat 16:33
Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə6%-dək endirim
Cəlilababdda 5 mindən çox abonent hələ də qazsız qalıb - deputat
İqtisadiyyat 15:08
Cəlilababdda 5 mindən çox abonent hələ də qazsız qalıb - deputat
Biznes xərclərinə nəzarət Yelo Bank-ın tarif paketləri ilə daha rahatdır!
İqtisadiyyat 15:01
Biznes xərclərinə nəzarət Yelo Bank-ın tarif paketləri ilə daha rahatdır!
Azercell qadınların yaradıcı inkişafına dəstək göstərir
İqtisadiyyat 12:52
Azercell qadınların yaradıcı inkişafına dəstək göstərir
ABB-dən 200 000 manata qədər təmir krediti
İqtisadiyyat 12:48
ABB-dən 200 000 manata qədər təmir krediti
Deputatdan təklif: Bakıda daşınmaz əmlak kompensasiyasında fərqli yanaşma olmalıdır
İqtisadiyyat 12:03
Deputatdan təklif: Bakıda daşınmaz əmlak kompensasiyasında fərqli yanaşma olmalıdır
Azərbaycan ötən il 25,2 milyard kubmetr qaz ixrac edib
İqtisadiyyat 11:41
Azərbaycan ötən il 25,2 milyard kubmetr qaz ixrac edib
2032-yə qədər 6–8 giqavat bərpa olunan enerji istehsal edəcəyik - baş nazir
İqtisadiyyat 11:38
2032-yə qədər 6–8 giqavat bərpa olunan enerji istehsal edəcəyik - baş nazir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol