• $ 1.7
  • € 2.0162
  • ₽ 0.022434
  • ₺ 0.0392
  • £ 2.3224

“Şahdağ”da görünməmiş izdiham - VİDEO

“Şahdağ”da görünməmiş izdiham  - VİDEO
19.12.2017 22:26

Sosial şəbəkələrdə "Şahdağ” dağ xizəyi turzim kompleksində yaranmış izdihamla bağlı görüntülər yayılıb.


Oxu.Az-ın xəbərinə görə, hadisə dekabrın 16-da, qış mövsümünün açılışı zamanı baş verib.


Videoda yüzlərlə insanın kanat yoluna  növbəni gözləməkləri əks olunub. Mühafizəçilər isə növbədə dayananları bacardıqları kimi sakitləşdirməyə çalışıblar.


"Şahdağ” Turizm Mərkəzindən bildirilib ki, insident sayca altıncı qış mövsümünün açılışı 16 dekabr tarixində baş verib və gün ərzində mərkəz 3000-dən çox turist qəbul edib.  Növbəti gün – 17 dekabr tarixində mərkəzi daha çox – 4000-ə yaxın insan ziyarət etsə də, bu cür izdiham baş verməyib.


"Mərkəzdə fəaliyyət göstərən kanat yollarının istehsalçısı Avstriyanın "Doppelmayr” şirkətidir və şirkətin texniki təhlükəsizlik tələblərinə əsasən yuxarı qalxarkən 100%, aşağı enərkən isə 25% doluluq şərtinə mütləq surətdə riayət olunmalıdır. Nəticə etibarilə yuxarı qalxarkən 4 nəfər, aşağı enərkən isə hər bir kabindən biri boş olmaqla 2 nəfər otura bilər.


Əlbəttə, mərkəzimizə olan marağın və turistlərin sayının ilbəil durmadan artması bizi çox sevindirir. Ancaq təəssüflə bildiririk ki, bəzi hallarda bir qisim qonaqlar təhlükəsizlik tələblərinə əməl etməkdən imtina edir, növbədə gözləmək istəmirlər. Məhz həmin gün də müəyyən turistlər tərəfindən kanat yollarının girişində quraşdırılmış təhlükəsizlik torları qırılıb, kanat yollarının  sərbəst hərəkətinə mane olaraq, operatorların işinə əngəl yaradılıb”, - açıqlamada deyilir.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İdman 08:50
"Qarabağ"ın oyununda meydana quş girib - VİDEO
Prezident Qara Qarayevə nə deyib?
İdman 20:12
Prezident Qara Qarayevə nə deyib?
Mahir Emreli “Napoli”yə qol vurdu - Yenilənib+Video
İdman 22:17
Mahir Emreli “Napoli”yə qol vurdu - Yenilənib+Video
Prezident yeni stadionda qol vurdu - Video
İdman 23:55
Prezident yeni stadionda qol vurdu - Video
İdman 23:24
"Qarabağ”dan mövsümdə ilk məğlubiyyət - Video
“Biz də çox şey deyə bilərik, amma danışmırıq” - Rəşad Sadıqovdan Obradoviçə cavab
İdman 12:14
“Biz də çox şey deyə bilərik, amma danışmırıq” - Rəşad Sadıqovdan Obradoviçə cavab
Mahir Emreli Polşada daha bir qol vurdu - Video
İdman 23:07
Mahir Emreli Polşada daha bir qol vurdu - Video
Mahir Emrelinin komandası uduzdu - Video
İdman 09:59
Mahir Emrelinin komandası uduzdu - Video
Millimizin oyunundan bu görüntülər gündəm oldu - Video
İdman 18:22
Millimizin oyunundan bu görüntülər gündəm oldu - Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol