• $ 1.7
  • € 1.9592
  • ₽ 0.021249
  • ₺ 0.0431
  • £ 2.3008

Erməni generallardan Lələtəpə ilə bağlı şok gediş

Erməni generallardan Lələtəpə ilə bağlı şok gediş
29.05.2020 10:49
Ermənistan ordusunun baş qərargah rəisi Movses Akopyanın ötən həftə dediyi sözlər işğalçı ölkədə qarışıqlıq yaradıb.

Publika.az xəbər verir ki, Akopyan erməni ordusunun "aprel müharibəsi”ndə Azərbaycan Ordusunun azad etdiyi əraziləri yenidən işğal edə biləcəyini iddia edib. Lakin o əlavə edib ki, buna ehtiyac yoxdur: "Çünki erməni əsgərlərinin həyatını bu cür xırda şeylərə qurban verməyə dəyməz”.

Təbii ki, Akopyanın dedikləri İrəvanın siyasi-hərbi rəhbərliyinin erməni ictimaiyyəti önündə haqq qazanmaq cəhdidir. Çünki Azərbaycan Ordusu qarşısında zəif vəziyyətdə olan Ermənistanın rəhbərliyi "erməni əsgərlərinin həyatı” məsələsini önə çıxararaq, əllərində əsas yaratmaq istəyir. Lakin Akopyanın bu sözləri erməni ictimaiyyətində ciddi etirazlara səbəb olub.

Erməni siyasi şərhi Tevos Arşakyan yazır ki, rəsmi İrəvan "aprel müharibəsi”ndə məğlubiyyətinə bəraət qazandırmaq gedişi edir.

"Akopyan ərazilər haqqında danışarkən Azərbaycan ordusunun nəzarətə götürdüyü Lələtəpə və 800 hektar (Azərbaycan Ordusu 2 min hektar ərazini işğaldan azad edib - red.) ərazidən bəhs edir. "İgid general” "istənilən vaxt əraziləri ala bilərik” deyir, ardınca da "əsgərlərimizin həyatı daha önəmlidir” deməklə özü-özünü təkzib edir. Əslində bütün bunlar ümumi sistemin məğlubiyyətə bəraət qazandırmaq instinktindən irəli gəlir. Serj Sarkisyan da ötən il Azərbaycan ordusunun nəzarətə götürdüyü əraziləri "əhəmiyyətsiz” adlandıraraq, məsuliyyətdən qaçmağa cəhd etmişdi”, - deyə o bildirib.

T.Arşakyan xatırladır ki, 1994-cü ildə erməni hərbi birləşmələri Lələtəpə yüksəkliyini zəbt etmək üçün 400 itki verib: "Vaxtilə bu ərazilər olduqca əhəmiyyətli idi, indi rəqibin üstünlüyünü gizlətmək üçün əhəmiyyətsiz adlandırılır”.

Erməni yazar Azərbaycan generalları ilə Ermənistan generallarını müqayisə edib.

"Erməni generallar ölən əsgərlərin ruhuna tüpürdülər. Azərbaycan generalları hər gün əraziləri azad etmək haqda danışır. Bizim generallar isə əraziləri asanlıqla qaytarmağa hazırdır. Çünki döyüşən bahalı avtomobillərdə gəzən oğlanları yox, daxmalarda yaşayanlardır. Sizə yalnız o lazımdır ki, heç kim sərvət toplamağınıza mane olmasın. Hətta bunun üçün əraziləri də qaytarmağa hazırsınız”, - deyə Arşakyan qeyd edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kəşfiyyatçımız ermənilərə cəhənnəm yaşatdı
Siyasət 12:33
Kəşfiyyatçımız ermənilərə cəhənnəm yaşatdı
Erməni kəşfiyyatçıdan Qarabağla bağlı ŞOK AÇIQLAMA
Siyasət 11:52
Erməni kəşfiyyatçıdan Qarabağla bağlı ŞOK AÇIQLAMA
Ermənistandan Qarabağda müharibə anonsu
Siyasət 11:51
Ermənistandan Qarabağda müharibə anonsu
Əsgər necə intihar edib? - Baş Prokurorluq məlumat yaydı
Siyasət 11:31
Əsgər necə intihar edib? - Baş Prokurorluq məlumat yaydı
Ramil Usubov yeni rəis təyin etdi
Siyasət 11:29
Ramil Usubov yeni rəis təyin etdi
Ermənilər Bakı adı ilə şantaj edilir – Cəbhədə hücum olacaq?
Siyasət 11:21
Ermənilər Bakı adı ilə şantaj edilirCəbhədə hücum olacaq?
Ermənistanın yeni prezidenti Qarabağdan danışdı
Siyasət 11:20
Ermənistanın yeni prezidenti Qarabağdan danışdı
DİQQƏT! Bu cərimə ləğv olundu
Siyasət 11:07
DİQQƏT! Bu cərimə ləğv olundu
Sarkisyan Aprel döyüşlərindən danışdı
Siyasət 10:55
Sarkisyan Aprel döyüşlərindən danışdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol