Pakistan-Hindistan sərhədində gərginlik: Ölənlər var

Dekabrın 26-da Hindistan-Pakistan sərhədində baş verən atışma zamanı ən azı üç pakistanlı hərbi qulluqçu ölüb, daha biri xəsarət alıb.
Anews.az-ın TASS-a istinadən xəbərinə görə, insident Ruh Çakri sektorunda baş verib.
Rəsmi İslamabad iddia edir ki, atəşkəs rejimi Hindistan ordusu tərəfindən pozulub.
Pakistan və Hindistan 1947-ci ildən etibarən Kəşmir ərazisi ilə bağlı mübahis aparırlar. Hazırda Kəşmirdə dövlət sərhədi yoxdur, ərazi nəzarət xətti ilə iki hissəyə bölünüb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər