• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02128
  • ₺ 0.0397
  • £ 2.2735

İrana qarşı qanun bu ay qəbul oluna bilər

İrana qarşı qanun bu ay qəbul oluna bilər
06.01.2018 10:40
İranla nüvə razılaşmasının ləğvinə dair qanun yanvarda qəbul oluna bilər.

APA-nın "AP” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın dövlət katibi Reks Tillerson bəyan edib.

"Prezident Tramp deyib ki, sənədə müvafiq düzəlişlər edəcək və yaxud ləğv edəcək. Biz onun vədini yerinə yetirməyə çalışırıq”, deyə R.Tillerson qeyd edib.

Onun sözlərinə görə, İranla nüvə razılaşmasının ləğvinə dair xüsusi qanun yanvarın 8-dən sonra qəbul oluna bilər.

Bundan əvvəl ABŞ-ın vitse-prezidenti Mayk Pens bəyan edib ki, ABŞ İranın nüvə proqramına dair daha uzunmüddətli sazişin bağlanmasını istəyir. "Hazırda biz Konqreslə yeni razılaşma və sanksiyaların tətbiqinə dair yeni şərtlər üzərində işləyirik. Biz uzun müddətə hesablanan sazişin tərəfdarıyıq. Əgər İran istifadəyə yararlı nüvə silahı və yaxud nüvə başlıqlı ballistik raketlər əldə etsə, ölkəyə qarşı bütün sanksiyalar dərhal bərpa olunmalıdır”, deyə M.Pens qeyd edib.

Qeyd edək ki, İran və "altılıq” (Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya və ABŞ) ölkələri arasında Tehranın nüvə proqramı ilə bağlı problemin nizamlanması barədə tarixi saziş 2015-ci ilin iyulun 14-də imzalanıb.   BMT TŞ, ABŞ və Aİ-nin İran üzərindən sanksiyaların götürülməsini nəzərdə tutan birgə hərtərəfli tədbirlər planı 2016-cı ilin yanvarın 16-da qüvvəyə minib.   Razılaşmaya əsasən, İran nüvə silahının əldə edilməsindən imtina edir, qarşılığında isə sanksiyalar tədricən ləğv edilir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirib
Dünya 20:28
ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirib
İsveçdə Rusiyanın konteyner gəmisi saxlanılıb
Dünya 19:00
İsveçdə Rusiyanın konteyner gəmisi saxlanılıb
İsrail Ordusu Livanın Yater şəhərinə aviazərbə endirib
Dünya 18:04
İsrail Ordusu Livanın Yater şəhərinə aviazərbə endirib
Türkiyədə FETÖ-ya qarşı əməliyyat keçirilib, 76 nəfər saxlanılıb
Dünya 16:40
Türkiyədə FETÖ-ya qarşı əməliyyat keçirilib, 76 nəfər saxlanılıb
Belçikanın Baş naziri və müdafiə naziri Ukraynaya səfər edib
Dünya 14:33
Belçikanın Baş naziri və müdafiə naziri Ukraynaya səfər edib
Paşinyan Rusiyaya səfər edəcək
Dünya 11:52
Paşinyan Rusiyaya səfər edəcək
ABŞ-də 125 mindən çox sakin işıqsız qalıb
Dünya 09:30
ABŞ-də 125 mindən çox sakin işıqsız qalıb
Yaponiyada 5,4 maqnitudada zəlzələ olub
Dünya 09:05
Yaponiyada 5,4 maqnitudada zəlzələ olub
Tbilisidə etiraz yürüşləri qadağan edilib
Dünya 23:37
Tbilisidə etiraz yürüşləri qadağan edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol