• $ 1.7
  • € 1.9849
  • ₽ 0.021912
  • ₺ 0.0423
  • £ 2.3046

Kriminal avtoritetin oğlu polisi öldürdü - İrəvanda - FOTOLAR

Kriminal avtoritetin oğlu polisi öldürdü - İrəvanda - FOTOLAR
08.01.2018 11:33
İrəvanda ötən gün axşam saatlarında ağır yol qəzası baş verib.

AzVision.az "News.am”-a istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb, bir neçə nəfər isə xəsarət alıb. Hadisə Abovyan küçəsi ilə Sayat-Nova prospektinin kəsişməsində baş verib.

Belə ki, "BMW X6” ilə "Toyota Corola” markalı avtomobillərin toqquşması nəticəsində Ermənistan Yol Polisinin 1-ci taborunun zabiti, "Toyota Corola”-nın sürücüsü 29 yaşlı İrəvan sakini Areq Davtyan ölüb. Avtomobildəki digər sərnişin, 34 yaşlı polis Xaçik Qasparyan isə ağır yaralanıb. 

Məlumata əsasən "BMW X6” markalı avtomobil polis maşını ilə toqquşduqdan sonra reklam lövhəsinə çırpılıb və səkiyə dəyib. Avtomobildə bir neçə Rusiya və Ermənistan dövlət nömrə nişanları olub. 

Mənbənin bildirdiyinə görə, "BMW X6”-nın sürücüsü "Çvçv Avro” ləqəbi ilə tanınan kriminal avtoritet Sarkis Vardanyanın oğludur. Bəzi məlumatlara görə, qəza nəticəsində həlak olan Areq Davtyanın bu yaxınlarda uşağı dünyaya gəlib.

"BMW X6”-nin sürücüsü hadisə yerindən qaçıb. Hadisə baş verən vaxt hər iki polis zabitinin xidməti vəzifədə olduğu bildirilir. Qəza ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır. 
 





www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Lotu Quli”nin adamını tutdular - VİDEO
Dünya 12:32
“Lotu Quli”nin adamını tutdular - VİDEO
Gözəllik müsabiqəsində hicablı iştirakçı - FOTO
Dünya 12:02
Gözəllik müsabiqəsində hicablı iştirakçı - FOTO
Neft tankeri 21 nəfərlik heyyətlə yanır
Dünya 11:34
Neft tankeri 21 nəfərlik heyyətlə yanır
Azərbaycanlı qız erməni ilə VİDEO
Siyasət 11:20
Azərbaycanlı qız erməni ilə VİDEO
Putinin yeni limuzininin qiyməti məlum oldu
Dünya 11:06
Putinin yeni limuzininin qiyməti məlum oldu
Azərbaycanlı məşhur müğənni vəfat etdi
Dünya 10:54
Azərbaycanlı məşhur müğənni vəfat etdi
Azərbaycanlı blogerinin cazibədar sevgilisi - FOTOLAR
Dünya 10:48
Azərbaycanlı blogerinin cazibədar sevgilisi - FOTOLAR
Putin etiraf etdi:
Dünya 10:38
Putin etiraf etdi: "Sərnişin təyyarəsinin vurulması əmrini mən verdim!"
Rusiyada xalq ayağa qalxdı:
Dünya 10:24
Rusiyada xalq ayağa qalxdı: "İstefa" - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol