• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02128
  • ₺ 0.0397
  • £ 2.2735

Saakaşvilinin ekstradisiyası üçün sorğu göndərilib

Saakaşvilinin ekstradisiyası üçün sorğu göndərilib
08.01.2018 13:43
Gürcüstanın Baş Prokurorluğu ümid edir ki, ölkədə ittiham olunan şəxslərin hamısı öz vətənlərində məhkəmə qarşısına çıxacaq, sabiq prezident, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin ekstradisiya məsələsi isə yalnız Ukrayna rəhbərliyindən asılıdır.

AzVision.az xəbər verir ki, bunu "Inerpressnews”-a müsahibəsində Gürcüstanın baş prokurorunun müavini Georgi Qoqadze bildirib. 

"Baş Prokurorluq Gürcüstan ərazisində cinayət törədən şəxsin bu ölkədə məhkəmə qarşısına çıxması üçün mümkün olan hər şeyi edəcək. Bizim Ukraynanın müvafiq orqanları ilə konkret əlaqələrimiz var və Saakaşvilinin vətəninə ekstradisiya edilməsi haqqında sorğu göndərilib”, - deyə Qoqadze qeyd edib. 

Onun sözlərinə görə, bundan sonra Ukraynanın müvafiq orqanları Saakaşvilinin Gürcüstana ekstradisiya edilib-edilməməsi haqqında qərar verməlidir. 

Qeyd edək ki, yanvarın 5-də Tbilisi şəhər məhkəməsi qiyabi olaraq ölkənin sabiq prezidenti Mixail Saakaşvilini 4 il müddətinə azadlıqdan məhrum edib. Amnistiya nəticəsində Saakaşvilinin həbs müddəti üç ilə qədər enib.

Sabiq prezident Sandro Qirqvlianinin iş üzrə "Vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə” ittiham olunub. İstintaqın versiyasına əsasən, Mixail Saakaşvili Konstitusiya Təhlükəsizliyi Departamentinin sabiq rəhbəri Date Axaliyaya Sandro Qirqvlianinin qətlinə görə həbs olunanları əfv edəcəyinə söz verib. Bundan sonra Saakaşvili əfv komissiyasının qərarı olmadan Qerontiya Alaniya, Mixail Bibiluridze, Avtandil Apçiauri və Aleksandr Qaçayevi əfv edib. 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirib
Dünya 20:28
ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirib
İsveçdə Rusiyanın konteyner gəmisi saxlanılıb
Dünya 19:00
İsveçdə Rusiyanın konteyner gəmisi saxlanılıb
İsrail Ordusu Livanın Yater şəhərinə aviazərbə endirib
Dünya 18:04
İsrail Ordusu Livanın Yater şəhərinə aviazərbə endirib
Türkiyədə FETÖ-ya qarşı əməliyyat keçirilib, 76 nəfər saxlanılıb
Dünya 16:40
Türkiyədə FETÖ-ya qarşı əməliyyat keçirilib, 76 nəfər saxlanılıb
Belçikanın Baş naziri və müdafiə naziri Ukraynaya səfər edib
Dünya 14:33
Belçikanın Baş naziri və müdafiə naziri Ukraynaya səfər edib
Paşinyan Rusiyaya səfər edəcək
Dünya 11:52
Paşinyan Rusiyaya səfər edəcək
ABŞ-də 125 mindən çox sakin işıqsız qalıb
Dünya 09:30
ABŞ-də 125 mindən çox sakin işıqsız qalıb
Yaponiyada 5,4 maqnitudada zəlzələ olub
Dünya 09:05
Yaponiyada 5,4 maqnitudada zəlzələ olub
Tbilisidə etiraz yürüşləri qadağan edilib
Dünya 23:37
Tbilisidə etiraz yürüşləri qadağan edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol