• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02128
  • ₺ 0.0397
  • £ 2.2735

Statistika Şurasının yeni tərkibi təsdiqlənib

Statistika Şurasının yeni tərkibi təsdiqlənib
08.01.2018 15:28
Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının yeni tərkibi təsdiqlənib.

APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı "Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında” 2016-cı il 15 sentyabr tarixli qərarında dəyişikliklər edib.

Statistika Şurasının sədri Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov, Şuranın üzvləri Maliyyə Nazirliyinin Aparatının vergi siyasəti və gəlirlər şöbəsinin müdiri Fikrət Şirinov, İqtisadiyyat Nazirliyinin Aparatının iqtisadi və sosial sahələrin inkişafı şöbəsinin müdiri Cəmaləddin Quliyev, Vergilər Nazirliyinin Vergi Risklərinin Təhlili və Nəzarəti Departamentinin baş direktorunun müavini Fərid Cəbrayıl, Dövlət Gömrük Komitəsinin Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin gömrük statistikasının təşkili və təhlili şöbəsinin rəisi Əzizağa Əhmədov, Mərkəzi Bankının Statistika Departamentinin direktoru Fəxri  İsmayılov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının zəhmətkeşlərin əməyinin və sosial-iqtisadi mənafelərinin müdafiəsi üzrə şöbəsinin müdiri Çingiz Tağıyev, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının baş katibinin müavini Fuad Hümbətov, "Xəzər” Universitetinin Direktorlar və Qəyyumlar Şurasının sədri İsaxanlı Hamlet, Azərbaycan Dövlət İqtisad Universitetinin "Statistika” kafedrasının Müdiri Sakit Yaqubov, Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini Allahyar Muradov, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) baş direktorunun müavini Dağbəyi İsmayılov, "Asena Ko” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Vahid Hümmətov, "Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Əliməmməd Nuriyev təsdiqləniblər. Şuranın katibi Dövlət Statistika Komitəsi Aparatının statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi yenidən Şahin Sadıqlı təyin olunub.

Bu qərar imzalandığı gündən qüvvəyə minir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Göyçayda qadın dəm qazından boğulub
Cəmiyyət 10:03
Göyçayda qadın dəm qazından boğulub
Azərbaycanda amnistiya aktının icrasına başlanılıb
Cəmiyyət 09:57
Azərbaycanda amnistiya aktının icrasına başlanılıb
Azərbaycanda respirator infeksiyaların yayılması mövsümi olaraq artıb - SN
Cəmiyyət 09:41
Azərbaycanda respirator infeksiyaların yayılması mövsümi olaraq artıb - SN
Azərbaycanda ötən həftə 141 yanğın qeydə alınıb
Cəmiyyət 09:35
Azərbaycanda ötən həftə 141 yanğın qeydə alınıb
Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
Cəmiyyət 09:29
Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
Makronun sarayından 40 min avro dəyərində süfrə ləvazimatları oğurlanıb
Cəmiyyət 23:37
Makronun sarayından 40 min avro dəyərində süfrə ləvazimatları oğurlanıb
Xırdalanda bir ailənin üç üzvü dəm qazından zəhərlənib - Video
Cəmiyyət 23:11
Xırdalanda bir ailənin üç üzvü dəm qazından zəhərlənib - Video
Sabah bu ərazidə qaz olmayacaq
Cəmiyyət 21:59
Sabah bu ərazidə qaz olmayacaq
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Cəmiyyət 20:49
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol