• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02128
  • ₺ 0.0397
  • £ 2.2735

Babam savaşda tüfəngini qucaqlayaraq ölüb - Ərdoğan

Babam savaşda tüfəngini qucaqlayaraq ölüb - Ərdoğan
09.01.2018 15:02
Hər kəs əsgərlərimizin yaşadığı faciələrə baxaraq, Sarıqamışın bir məğlubiyyət olduğunu zənn edir.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Halbuki Sarıqamış bir zəfərdir. Qəhrəman əsgərlərimiz bütün çətinliklərə baxmayaraq, Şərqi Anadoluda mahallarımızı işğal edən rus qüvvələrini bir çox yerdə geri çəkilməyə məcbur edib. Əlverişsiz qış şərtlərinə rəğmən, Sarıqamış dağlarında əməliyyata davam edən ordumuz düşmənə deyil, təbiətə məğlub olub”, - Ərdoğan bildirib.

Ərdoğan Sarıqamış əməliyyatının 103-cü ildönümü olduğunu qeyd edib və aralarında şəhid babasının da olduğu Sarıqamış şəhidlərinə Allahdan rəhmət diləyib:

"Kəndimizdən bəzi böyüklərimiz Sarıqamışdan qayıtdıqdan sonra şəhid – mərhum babamla bağlı "tüfəngi qucaqlayaraq donduğunu gördük”, - dedilər. Yaşadıqlarımızdan dərs almalı, səhvlərimizi düzəltməliyik. Sarıqamışa tarix özü qiymət verəcək”.

Qeyd edək ki, 1915-ci il yanvarın ilk günlərində 125 minlik türk ordusu iliyə işləyən soyuğa baxmayaraq, strateji yüksəkliklərdən aşaraq plana əsasən iki istiqamətdən hücuma keçir. Lakin 40 dərəcəni keçən şaxtaya əsgərlər 15 saat davam gətirə bilirlər.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirib
Dünya 20:28
ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirib
İsveçdə Rusiyanın konteyner gəmisi saxlanılıb
Dünya 19:00
İsveçdə Rusiyanın konteyner gəmisi saxlanılıb
İsrail Ordusu Livanın Yater şəhərinə aviazərbə endirib
Dünya 18:04
İsrail Ordusu Livanın Yater şəhərinə aviazərbə endirib
Türkiyədə FETÖ-ya qarşı əməliyyat keçirilib, 76 nəfər saxlanılıb
Dünya 16:40
Türkiyədə FETÖ-ya qarşı əməliyyat keçirilib, 76 nəfər saxlanılıb
Belçikanın Baş naziri və müdafiə naziri Ukraynaya səfər edib
Dünya 14:33
Belçikanın Baş naziri və müdafiə naziri Ukraynaya səfər edib
Paşinyan Rusiyaya səfər edəcək
Dünya 11:52
Paşinyan Rusiyaya səfər edəcək
ABŞ-də 125 mindən çox sakin işıqsız qalıb
Dünya 09:30
ABŞ-də 125 mindən çox sakin işıqsız qalıb
Yaponiyada 5,4 maqnitudada zəlzələ olub
Dünya 09:05
Yaponiyada 5,4 maqnitudada zəlzələ olub
Tbilisidə etiraz yürüşləri qadağan edilib
Dünya 23:37
Tbilisidə etiraz yürüşləri qadağan edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol