Sarkisyan Moskvaya və Avropaya gizli səfər edib
Milad bayramı ərəfəsində Ermənistan prezidenti Serj Sarkisyanın xəstələnməsi, bu səbəbdən dini mərasimlərdə iştirak etməməsi haqda məlumatlar yayılıb. Rəsmi dairələr bu xəbərləri təkzib etməyə çalışsa da, Sarkisyanla bağlı erməni KİV-lərin apardığı araşdırmalar ilginc faktları ortaya çıxarıb.
AzVision.az "Haykakan Jamanak" qəzetinə istinadən xəbər verir ki, Sarkisyan yanvar ayının ilk günlərində səyahətdə olub.
Məlumata görə, Ermənistan prezidenti yanvarın 3-də Moskvada, bundan 1-2 gün əvvəl isə Avropa ölkələrindən birində səfərdə olub. Onun Moskva və Avropaya hansı səbəbdən getdiyi bilinmir.
Sarkisyanın mətbuat katibi Vladimir Hakobyan isə jurnalistlərin suallarını cavablandırmaqdan boyun qaçırır, mümkün qədər məlumatları ört-basdır etməyə çalışır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox