Qarabağda daha bir erməni əsgər öldü

İşğal altında olan Qarabağda erməni əsgər ölüb.
Anews.az Ordu.az-a istinadən xəbər verir ki, yanvarın 16-da, saat 01:15 radələrində işğal altında olan Qarabağın şimal istiqamətində yerləşən qanunsuz hərbi hissələrdən birinin döyüş postunda, erməni əsgər 1988-ci il təvəllüdlü Harutyun Vanya Xaçatryanın meyiti tapılıb.
Erməni əsgərin hansı şəraitdə öldüyü bilinmir. Hadisənin detallarını müəyyənləşdirmək üçün istintaq aparılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər